hemle

Naxçıvanla Türkiyə və İran arasındakı sərhədlər bağlandı - Foto

Tarix:1-07-2022, 16:35
Baxış Sayı:217

Azərbaycan-Türkiyə və Azərbaycan-İran arasında quru sərhədin bağlanması ilə bağlı məlumat yayılıb. Vətəndaşların ötən gündən etibarən Naxçıvan MR ərazisində Sədərək və Culfa gömrük-sərhəd buraxılış məntəqələrində yolda qaldığı bildirilir.

Bu barədə sosial şəbəkədə məlumat yayılıb. Qeyd olunur ki, nəticədə əksəriyyətini tələbələrin təşkil etdiyi minlərlə insanın uçuş bileti, hotel rezervasiyası batıb. Qeyri-rəsmi məlumatlara görə, sərhəd iki ay müddətinə bağlı qalacaq.

Məsələ ilə əlaqədar Azərbaycanın Xarici İşlər Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə əlaqə saxladıq. Hər iki qurumdan sərhədlərin bağlanıb-açılmasının onların səlahiyyətində olmadığı bildirildi. Sözügedən məsələyə cavabdeh qurum kimi Nazirlər Kabinetini göstərdilər. Hələ ki, NK sərhəddəki vəziyyətlə bağlı açıqlama verməyib.

İranın Azərbaycandakı səfirliyindən isə Sfera.az-a məsələdən xəbərdar olduqlarını bildiriblər: “Belə bir məlumatın yayılmasından xəbərdarıq. Amma bildiririk ki, hazırda sərhəd İran tərəfindən açıqdır. Sərhəd Azərbaycan tərəfindən bağlanılıb”.

Xatırladaq ki, Azərbaycanda pandemiya səbəbindən quru sərhədlər rəsmi olaraq qapalı olsa da, Naxçıvan ərazisindən Türkiyəyə keçid açıq idi. İran da xeyli müddətdir ki, qonşu ölkələrlə quru sərhədini açıb. Azərbaycan vətəndaşları xüsusi icazə ilə quru sərhədini keçərək İrana səfər edə bilirdi. Həmçinin Bakıdan Naxçıvana gedən avtobuslar da İrandan keçməklə hərəkət edirdi.

Həmçinin oxuyun: Arvadını baltalamaq istəyən şəxs - “Polis onunla kobud danışırdı”

***

İran Səfirliyinin mətbuat şöbəsi məsələ ilə bağlı açıqlama yayıb: “İctimaiyyətin sorğularına və medianın suallarına cavab olaraq sosial şəbəkələrdə İran İslam Respublikasının quru sərhədlərini iki ay müddətinə bağlaması ilə bağlı yayılan xəbəri təkzib edirik və bildiririk ki, ötən ilin noyabr ayından etibarən İranın bütün quru, hava və dəniz sərhədləri beynəlxalq turistlər və qonşu dövlətlər, xüsusən də İran və Azərbaycan sərhədləri, eləcə də İran və Naxçıvan Muxtar Respublikasının sərhədləri üçün açıqdır və İran İslam Respublikasından beynəlxalq turistlərin və qonşu ölkələrin vətəndaşlarının ölkəyə giriş-çıxışı üçün heç bir məhdudiyyət yoxdur”.

***

Bu arada Türkiyə KİV-in yaydığı məlumatda bildirilir ki, Azərbaycan Türkiyədən Naxçıvana sərnişin daşımaları üçün quru sərhədini bağlayıb.

Bildirilir ki, iyulun 1-dən oktyabrın 1-dək Naxçıvana yalnız yük avtomobilləri buraxılacaq

Məsələ ilə bağlı danışan Iğdır valisi Hüseyin Engin Sarıibrahim yalnız hava yolu ilə ölkələr arasında gediş-gəlişin mümkün olacağını deyib.

Naxçıvanla Türkiyə və İran arasındakı sərhədlər bağlandı - Foto

“Qafqazinfo”

Digər xəbərlər
18:27 Ötən gün vətəndaşların bank kartlarından 32 min manatdan çox pul kiberüsullarla oğurlanıb
18:23 Sel nəticəsində ölən vəzifəli şəxs imiş
18:21 Qaraciyərin düşməni hesab edilir - Hər kəsin evində var
18:19 İsrail pasportu olanlara şok qadağa: Bu ölkəyə girişləri yasaqlandı
18:18 Zərərə görə ödənilən sığorta məbləği niyə artırılmır? - AÇIQLAMA
18:16 Pensiyalar yenidən artırılır
18:14 Əlilliyə görə təkrar yoxlamadan keçməli deyilsiniz - Bu halda müddətsizdir
18:11 Əhaliyə ŞAD XƏBƏR - Sabah səhər...