hemle

Cəlilabadda ağır qəza: ölü və yaralıların kimliyi bilindi

Tarix:29-06-2022, 19:41
Baxış Sayı:172

Cəlilabadda ağır yol qəzası baş verib.

hemlemedia.az Report-a istinadən xəbər verir ki, hadisə köhnə Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, qəza zamanı “Hyunday Santafe” markalı minik avtomobili ilə VAZ-2107 markalı minik avtomobili toqquşub.

Nəticədə avtomobillərin sürücüləri müxtəlif dərəcəli xəsarətlər alıblar. Bir nəfər sərnişin isə hadisə yerində ölüb.

Yaralılar rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

***

Cəlilabadda qəzada ölən və xəsarət alan şəxslərin kimliyi məlum olub.

Xəsarət alanlar rayonun Sabirabad kənd sakinləri, 1997-ci il təvəllüdlü Ramal Natiq oğlu Əliyev, 2004-cü il təvəllüdlü Aslan Fikrət oğlu Abbasovdur.

Qəza nəticəsində Sabirabad kənd sakini, 2004-cü il təvəllüdlü Dünyamalı İslam oğlu Məmmədov hadisə yerində ölüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir