hemle

Ermənilər Laçının bu kəndindən ÇIXARILIR

Tarix:29-06-2022, 11:02
Baxış Sayı:194

Nikol Paşinyan keçirdiyi mətbuat konfransında Laçın rayonu və Zabux kəndinin (ermənilər Ağavno deyir) yaxın vaxtlarda Azərbaycana veriləcəyini açıqlayıb.

hemlemedia.az erməni KİV-lərinə istinadən xəbər verir ki, artıq Zabux kəndindən ermənilərin köçürülməsi prosesinə başlanılır.

"Faktiki olaraq bu gün Laçında yaşayan ailə yoxdur və Ağavno ( Zabux - red. ) kəndinin sakinlərinin problemləri "Artsax" (Qarabağ - red.) hökumətinin köməyi ilə həll oluQFnacaq, mən indiki məqamda Sus kəndi haqqında dəqiq bir şey deyə bilmərəm. Problem həmin ərazilərin DQMV sərhədlərinin daxilində və ya xaricində olmasıdır", - Paşinyan bildirib.

Erməni mənbələrinin məlumatına görə, artıq iyulun 1-də Zabux kəndində Azərbaycan bayrağı dalğalanacaq. Lakin Paşinyan kəndin 1 iyulda deyil, alternativ yol çəkildikdən sonra təhvil veriləcəyini deyib.

Qeyd edək ki, Qarabağda yerləşən terror qruplaşmasının başçısı Arayik Arutyunyan bir qədər öncə Rusiyaya gedərək, Zabux kəndi məsələsinin onların xeyrinə həll olunmasına çalışmışdı. Lakin Arutyunyan Moskvadan əliboş qayıdıb və Zabux kəndindən ermənilərin köçürülməsi məsələsini müzakirə ediblər.

Onlar hesab edir ki, ən optimal həll yolu kimi erməni sakinlərə alternativ yolun kənarında yerləşən "Köhnə Şen", "Yeni Şen" qəsəbələrinə köçməyi təklif etməkdir.

Digər xəbərlər
09:50 Xarkovda 40 partlayış qeydə alındı - Yaralılar var
09:44 İctimai nəqliyyatda yüksək səslə videoya baxanlarla necə "mübarizə" aparaq?
09:38 Kosmetik vasitələrin dəhşətli fəsadları üzə çıxdı: Mütəxəssisdən XƏBƏRDARLIQ
09:34 Sakit okeanın səviyyəsi yüksəlir: Ada dövlətləri yox ola bilər - XƏBƏRDARLIQ
09:32 Azərbaycana keçdiyi bildirilən 2 ermənidən xəbər var
09:29 "Youtube"da nasazlıq yarandı
09:27 Bakı bulvarında sakinləri narahat edən kəskin qoxunun səbəbi bilindi
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?