hemle

Məşhur həkimin intiharı ilə bağlı yeni DETALLAR - YENİLƏNİB

Tarix:28-06-2022, 17:18
Baxış Sayı:187

Bakıda özünü yaşadığı binanın 11-ci mərtəbəsindən ataraq öldürən tanınmış həkim Xalidə Kəngərlinin intiharı barədə yeni detallar məlum olub.

hemlemedia.az Oxu.az-a istinadən xəbər verir ki, ginekoloq-həkim X.Kəngərlinin həyat yoldaşının psixoloji problemləri olub. O, 10 ilə yaxındır ki, evdə qapalı şəraitdə qalırmış. Evin bütün yükü həkimin çiyinlərində imiş.


X.Kəngərlinin iki övladı var. Onu tanıyanlar pozitiv, həyat dolu olduğunu və intihar etməsinə inanmadıqlarını bildiriblər.

Qonşuların dediyinə görə, hadisədən sonra həkimin iki qardaşı onun həyat yoldaşını döyüb.

Həkim bu gün dəfn olunub.

***

11:57

Bakıda dəhşətli intihar hadisəsi baş verib.

hemlemedia.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə dünən saat 18 radələrində tanınmış həkimin yaşadığı Yasamal rayonu İnşaatçılar prospektində yerləşən çoxmərtəbəli binada baş verib. 1984-cü il təvəllüdlü Xalidə Məhəmməd qızı Kəngərli özünü 11-ci mərtəbədə yaşadığı mənzilin eyvanından yerə atıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, mərhum iki uşaq anası idi.

Digər xəbərlər
14:16 Qonşu ölkə işıqsız qaldı
14:13 Bank kartınızdakı pulları belə qoruyun
14:11 Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ
14:00 Külli miqdarda narkotik vasitəni ölkə ərazisinə keçirən şəxslər saxlanıldı
13:53 Rusiya bu ölkələrlə əməkdaşlığı dayandırdı: Səbəb nədir?
22:18 Müavinət və təqaüd alanlara şad xəbər: Növbəti artım...
22:17 Bakı metrosunda ediləcək dəyişikliklərlə bağlı daha bir rəsmi açıqlama
22:14 Azad olunmuş ərazilərə bu il nə qədər pul xərclənib?