hemle

Qəbul imtahanlarının növbəti cəhdi üçün neçə min abituriyent qeydiyyatdan keçib?

Tarix:17-06-2022, 11:16
Baxış Sayı:153

Dövlət İmtahan Mərkəzi I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının ikinci mərhələsinin ikinci cəhdinə qeydiyyatla bağlı məlumat yayıb.

Mərkəzdən verilən məlumata görə, ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsinin ikinci cəhdində 4-17 mart və ya 6-25 aprel tarixlərində I-IV ixtisas qruplarının hər hansı biri üzrə ərizə təqdim etmiş abituriyentlər iştirak edə bilərlər.

II və III ixtisas qrupu üzrə imtahanda iştirak etmək istəyənlər 20 iyun saat 23:59-dək, I və IV ixtisas qrupu üzrə imtahan vermək istəyənlər isə 4 iyul saat 23:59-dək Dövlət İmtahan Mərkəzinin internet səhifəsində qeydiyyatdan keçməlidirlər.

17 iyun saat 10:15-ə olan məlumata əsasən 23 993 abituriyent (I qrup - 5 546, II qrup ‑ 7 398, III qrup - 9 901, IV qrup - 1 148 nəfər) ərizəsini təsdiq edib.

Abituriyentlər “Şəxsi kabinet”lərinin hesabına imtahanda iştirak haqqını (40 AZN) əlavə edib link vasitəsilə imtahana yazıla bilərlər. Aşağıdakı kateqoriyadan olan abituriyentlər üçün imtahan ödənişsizdir:

Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları; şəhid ailəsinin üzvləri; valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar; məcburi köçkün statusu olan şəxslər; I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar. Bu abituriyentlər haqqında məlumat DİM tərəfindən müvafiq icra orqanlarının informasiya sistemlərindən elektron üsullarla əldə olunur.

İmtahanda yalnız göstərilən tarixlərdə qeydiyyatdan keçmiş abituriyentlər iştirak edə bilərlər.

Digər xəbərlər
22:59 Evlərimizi niyə sığortalaya bilmirik? - AÇIQLAMA
22:57 Pakistan İranla sərhədləri bağladı
22:55 İran yaxın saatlarda Ramat David aviabazasını VURACAQ
22:54 Milyonlarla insan təhlükədədir: Radiasiya riski artır
22:53 Gülüşün sağlamlığa faydası: Görün nələrə qadirdir
22:52 İsraildə ilişib qalan 40 min turistin taleyi necə olacaq?
22:51 Xəbərdarlıq edildi: 2050-ci ilə qədər 1 milyard insan...
22:50 Hacıların ilk qrupu vətənə qayıtdı