hemle

Daha bir məktəbli qızın ərə verilməsinin qarşısı alındı

Tarix:11-06-2022, 09:59
Baxış Sayı:208

Qazaxda daha bir məktəbli qızın erkən nikaha daxil olmasının qarşısı alınıb.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov "Qafqazinfo"ya bildirib ki, Rayon Polis Şöbəsinə Qarapapaq kəndində yetkinlik yaşına çatmayan şəxsə toy mərasimi keçirilməsi barədə məlumat daxil olub.

Polis əməkdaşları dərhal həmin ünvana gələrək mərasimin keçirilməsini dayandırıb. Hər iki tərəfin valideynləri ilə profilaktiki söhbət aparılıb və bildirilib ki, yeniyetmə vaxtlarında qızların ailə qurması onların gələcəkdə fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törədə bilər.

Qızın 15 yaşında olduğu bildirilir.

Qeyd edək ki, bir neçə gün öncə Qazaxın Kosalar kəndində də 16 yaşlı məktəbli qız erkən nikaha sövq edilmiş, polisin müdaxiləsi nəticəsində mağar sökülərək toyun qarşısı alınmışdı.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir