hemle

Azərbaycanda polis yol qəzasında öldü - YENİLƏNİB

Tarix:4-06-2022, 11:49
Baxış Sayı:194

Şəmkirdə baş verən qəzada həlak olan gənclərdən biri 24, digəri 25 yaşında imiş.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Məlumata görə, Aşağı Seyfəli kəndində “Lada Priora” markalı minik avtomobili ağaca çırpılıb. Hadisə yerinə cəlb olunan FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücü, 1998-ci il təvəllüdlü Adilzadə İsmət Süleyman oğlunun və sərnişin, 1997-ci il təvəllüdlü İbadullayev Ayazxan Vəzirxan oğlunun meyitlərini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

***

09:04

Şəmkir rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı İ.Adilzadə ötən gecə saat 2 radələrində idarə etdiyi “Priora” markalı avtomobillə hərəkətdə olarkən Aşağı Seyfəli kəndi ərazisində idarəetməni itirərək avtomobili aşırıb.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qəza nəticəsində özü və sərnişini A.İbadullayev hadisə yerində ölüblər.

Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.

Digər xəbərlər
19:47 Sabahın havası ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
19:43 Milli Məclis önündə insident: İdmançı "Lexus"la qadın sürücünün qarşısını kəsdi
19:33 Pensiyalar ilə bağlı vacib MƏLUMAT
16:38 Evdə "Wi-Fi" istifadə edənlərin NƏZƏRİNƏ
16:33 KİV: Rusiya yaxın zamanlarda Kiyevdəki hökumət binalarını vura bilər
16:29 Rusiyanın uyğunsuzluq aşkarladığı sosiskalar Azərbaycana idxal olunub? - Rəsmi açıqlama
12:52 Naxçıvan Konstitusiyası dəyişir - Sənəd MM-ə təqdim olunacaq
12:49 Xərçəngi 10 günə öldürən vitamin açıqlandı