hemle

DİN Bəxtiyar Hacıyevə qoyulan “stop”u götürdü

Tarix:19-05-2022, 09:54
Baxış Sayı:246

İctimai fəal Bəxtiyar Hacıyev Daxili İşlər Nazirliyi tərəfindən ölkədən çıxışına qadağa qoyulduğunu bildirib.

hemlemedia.az xəbər verir ki, bu barədə o, feysbuk səhifəsində paylaşım edib. Hacıyev bildirib ki, xaricə getmək istəyərkən hava limanında ona ölkədən çıxışının qadağan olunduğu bildirilib.

Qısa müddət sonra isə o növbəti paylaşım edərək problemin həll olunduğunu qeyd edib: “Xeyli araşdırandan sonra dedilər ki, açılıb-bağlanmış bir işdə şahid olduğum üçün ötən il “saxla” qoyulubmuş. “Saxla” əmrini rəsmi qaydada qoymaq lazımdır ki, səfərdən əvvəl DİN-in saytında yoxlayıb vaxtında tədbir görək. Saytda isə “stop” yox idi. Hətta səhər hava limanında da yoxlayanda yox idi. İki saat saxlanılıb ora-bura aparılandan sonra son anda təyyarəyə çatdım”.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir