hemle

"Kinder" məhsulları satışdan çıxarılıb - AQTA

Tarix:28-04-2022, 18:18
Baxış Sayı:215

“Ferrero” şirkətinin Belçika istehsalı olan “Kinder” məhsullarının satış şəbəkələrindən geri çağırılması ilə bağlı müvafiq tədbirlər görülüb.

Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumata görə, İtaliyanın “Ferrero” şirkətinin yenilənmiş məlumatına əsasən, şirkətin Belçikada yerləşən müəssisəsində istehsal olunan bəzi məhsullarında (Kinder Mini Eggs 75 qr, Kinder Egg Hunt Kit 150 qr, Kinder Surprise 100 qr, Kinder Schokobons 200 qr, Kinder Surprise 20 qr, Kinder Surprise 20 qr *3) salmonella olması ehtimalı ilə bağlı həmin məhsul partiyaları geri çağırılıb.

Bununla bağlı, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan araşdırmalar zamanı həmin məhsulların 3 şirkət tərəfindən ölkəmizə idxal olunduğu müəyyənləşdirilib. Eyni zamanda Agentliyə RASFF vasitəsilə (Avropanın Qida və Yem üzrə Sürətli Xəbərdarlıq Sistemi) bununla bağlı yeni bildiriş daxil olub.

AQTA tərəfindən qeyd olunan məhsulların dövriyyədən çıxarılması, geri çağırılması ilə bağlı müvafiq tədbirlər görülüb və hazırda bu proses davam etdirilir. Qeyd edək ki, bugünədək ümumilikdə 198.3 kq məhsulun dövriyyədən çıxarılması təmin olunub. Agentlik istehlakçıları Belçikada istehsal edilən həmin məhsulları istehlak etməməyə çağırır və qeyd olunan məhsulları satış şəbəkələrində aşkar etdikdə AQTA-nın “1003 – Çağrı Mərkəzi”nə məlumat verilməsini xahiş edib.

AQTA bəyan edib ki, bu tədbirlər yalnız Belçikada istehsal olunan məhsullara aiddir. Bu məhdudiyyətlər digər ölkələrdə, o cümlədən Türkiyə, Rusiya və s. ölkələrdə istehsal edilən və ölkəmizə idxal olunan məhsullara aid deyil.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir