hemle

"“Uşaq pulu” məsələsinin yaxın zamanlarda mərhələlərlə bərpasını zəruri hesab edirik" - Millət vəkili təkliflər verdi

Tarix:9-04-2020, 19:00
Baxış Sayı:345

Moderator.az Milli Məclisinin deputatı Əli Məsimlinin 9 mart 2020-ci il tarixdə Milli Məclisin müzakirəsinə təqdim edilmiş Nazirlər Kabinetinin 2019-cu ildəki fəaliyyətinə dair hesabatı üzrə qeyd və təkliflərini təqdim edir:
2019-cu ildə özündən əvvəlki bir neçə illə müqayisədə daha çox iş görülüb və daha yaxşı nəticələr əldə olunub. 2019-cu il həm də 10 min dollara qədər kredit borcu olanlara güzəştlərin verilməsi, 4,2 milyon əhalini əhatə edən sosial paketin həyata keçirilməsi və struktur isahatlarının əvvəlki illərlə müqayisədə daha çox diqqət çəkən kadr islahatları ilə müşayiət olunması ilə də yadda qaldı. Bunlardan əlavə, 2019-cu ilin sosial-iqtisadi nəticələri həm makroiqtisadi sabitlik, həm iqtisadiyyatın real, həm maliyyə, həm də ki sosial sektorunun nəticələri baxımından özündən əvvəlki illərdəkindən yaxşıdır. Qeyr-neft ÜDM-nin artım tempi 3,5 faiz təşkil edib ki, bu da bütövlükdə ÜDM-in artım tempindən 1,3 faiz bəndi yüksəkdir. Sənayenin 1,8 faizlik artım tempi fonunda qeyri-neft sənayesi 8 dəfə yüksək artım tempi nümayış etdirərək 14 faiz təşkil edib. Strateji valyuta ehtiyatları 51 milyard ABŞ dollarına çatmaqla, 37 aylıq mal və xidmət idxalına kifayət edən səviyyədədir və xarici borcumuzu 6 dəfə üstələyir. Manatın dollara nisbətində məzənnəsi 1dollar/1,70 manat nisbəti ətrafında nisbi sabit qalıb. İnflyasiya 2.6 faiz səviyyəsində olub. Əhalinin hər nəfərinə düşən nominal gəlirlər, 6,5 faiz, orta aylıq əmək haqqı isə 15 faiz artıb. İqtisadi, sosial və institusional islahatlar bir-biri ilə uzlaşdırılaraq həyata keçirildiyndən, nəticələr də əvvəlki illərdəkindən həm kəmiyyət, həm də keyfiyyət baxımından yüksək olub.

2020-ci ilin sosial-iqtisadi göstəriciləri özündən əvvəlki ilin nəticələrindən də yaxşı olacağı proqnozlaşdırılmışdı. Amma dünyada koronavirus artıq tibbi-bioloji problem çərçivəsindən çıxaraq bəşəriyyəti təhdid edir, çox ciddi iqtisadi, sosial, psixoloji və sair problemlər meydana çıxarıb Azərbaycanda pandemiya təhdidi bir sıra ölkələrdə olduğu kimi, “qırmüzü xətti” keçməsə də, xeyli iqtisadi, sosial və sair xarakterli problemlər yaradıb.

Pandemiyanın yaratdığı böhranlı vəziyyətdən az itki ilə çıxmaq və ölkəmizi post-pandemiya dövrünə yaxşı hazırlamaq məqsdilə xüsusi karantin qaydaları tətbiq olunur. Eyni zamanda qısa və ortamüddətli tədbirlər kompleksini özündə əks etdirən geniş iqtisadi və sosial proqram həyata keçirilir. Tədbirlər planında biznesi ayaqda saxlamaq və ixtisarların qarşısını almaqdan ötrü, özəl sektorda 600 mindən artıq işçinin maaşların bir hissəssini dövlət tərəfindən ödənilməsi nəzərdə tutulub. Vergi güzəştləri, tətilləri nəzərdə tutulur. Kredit almaq istəyən sahibkarlara həm zəmanənət dəstəyi, həm də faizlərin 10 faizlik bir hissəsini ödəməklə dəstək veriləcək. Dövlət Məşğulluq xidmətində işsiz kimi qeydiyyata alınan şəxslərə 2 ay müddətində yaşayış minimumu həcmində - 190 manat pul ödənilməsi nəzərdə tutulub. Ünvanlı sosial yardım alanların dairəsi genişləndiriləcək. Azətminatlı ailələrdən çıxan tələbələrin təhsil haqqını dövlət ödəyəcək. Elektrik enerjisi limiti100 kvt saat artırılıb 300 kvt-dan 400 kvt-a çatdırıalcaq və sair. Bununla belə tədbirlər proqramında nəzərə alınması zəruri olan bir sıra məsələlər var:

1.Rəsmi proqnozlara görə, 2020-ci ildə 4,6 faiz inflyasiya gözləntisi nəzərdə tutulub. Bu ilin iki ayında inflasıyanın 2,8 faiz olması göstərir ki, həmin sahədə proseslər proqnozda göstərildiyindən də yaxşı meyl götürmüşdü. Amma koronavirus və onun ətrafında gedən proseslərin qiymətlərin də artmasına təsir edir. Bunun bazar münasibətlərinin qanunauyğunluğundan doğan tərəfinin baş verməsi təbii və labüddür. Amma qiymətlərin süni surətdə artımının hər faizi ailə büdcəsinə ildə 390 milyon manatdan çox ziyan vurur. Koronovirusun yaratdığı şəraitdən istifadə edib saxtakarlıq edən ünsürləri durdurmaq mümkün olmasa, bir sıra məhsulların qiymətləri sürətlə artmaqda davam edər ki, bu da əhalinin güzəranına ciddi zərbə vurar. Ona görə də bu sahədə iki məsələnin həllini zəruri hesab edirik: Birinci süni qiymət atrtınına qarşı mübarizənin gücləndirilməsi. İkincisi, əhainin qiymət artımından itkilərinin müəyyən hissəssini qarşılamaqdan ötrü minimum əmək haqqının 250 manatdan 300 manata çatdırılması, Vahid Tarif Cədvəli əsasında əməyin ödənilməsinin bütün 19 dərəcəsi üzrə, amma daha çox aşağı maaş alan işçilərin əmək haqqlarını artmasına müsbət təsir edər. Eyni zamanda, minimum pensiyaların da 200 manatdan 250 manata qaldırılması hazırkı durumda vəziyyəti pisləşən aşağı pensiya alan yaşlı insanların durumuna bir qədər təsir etmiş olar.

2.Nazirlər Kabinetini hesabatında göstırilib ki, 2019-cu ildə məşğulluq xidməti orqanlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 81,3 min nəfər təşkil etmişdir. İşsizlərə 276 manat işsizlikdən sığorta haqqı ödənilmişdir. Statistik məlumata əsasən işsizlik və işsizlərə verilən sığorta haqqı sarıdan vəziyyət qənaətbəxşdir. Statistikadan belə çıxır ki, işsizlərin işə düzəldilməsi sahəsində də işlər çox yaxşı səviyyədədir. Amma koronavirusun aşkarladığı reallıqlar bunun əksini deyir: məşğulluq və işsizlik sahələrində real durum çox mürəkkəbdir. İşsizlərin dəqiq uçotu yoxdur. İşsizlərin çox cüzi bir hissəsi işsizlikdən sığorta ödənişi alır. 2019-cu il noyabr ayının 1-i vəziyyətinə Azərbaycanda işsizlikdən sığorta ödənişi alanların sayı cəmi 577 nəfər, o cümlədən, Bakıda-356 nəfər, Şəki-Zaqatala üzrə - 10 nəfər, Lənkəran üzrə - 15 nəfər, Quba - Xaçmaz üzrə - 8 nəfər olmuşdur. Bu sahədəki yeni əlavələr həmin rəqəmləri xeyli artıaracaq. Belə ki, Sosial Paketdə işsizlikdən sığorta ödənişi alacaq şəxslərin sayını 20 min nəfərə çatdırmaq nəzərdə tutulur. Bu, irəliyə doğri çox ciddi addımdır, amma yenə də işsizlərin az bir hissəsini əhatə edəcək. 2019-cu ildə işsizlikdən sığorta ödənişinin orta məblıği 276 manat və ya orta aylıq əmək haqqının 44 fazi səviyyəsində olub. 2020-ci ildə isə onun orta məbləğinin 111 manata və bu ilin orta aylıq əmək haqqı proqnozu göstəricisinin 16 faizi, minimum əmək haqqının isə 44 faizi, yəni orta əmək haqqının 44 fazindən minimum əmək haqqının 44 faizi səviyyəsinə salınması gözlənilir. Bütün böhranlar kimi pandemiyanın yaratdığı böhranlı vəziyyət də keçicidir.Bu vəziyyətdən az itki ilə çıxmaqdan ötrü digər şərtlərlə yanaşı, həm də insan amili öndə olmalıdır.Çünki Azərbayacanın potensialı iqtisadi sahədə yaranmış problemlərin optimal müddətdə həllinə imkan verəcək.Amma hansı səbbdən olmasından asılı olmayaraq koronavirus pandemiyasının qurbanlarını yenidən həyata qaytarmaq mümkün olmayacaq.Hesab edirik ki, hazırkı ağır durumda Koronavirus və onu ətrafında gedən proseslərin sadəcə bir səhiyyə məsələsi çərçivəsindən çıxıb, çox ciddi iqtisadi, sosial, psixoloji və sair problemlər yaratdığı bir zamanda əhalinin sosial durumu ilə bağlı taleyüklü məsələlərə çox həssas yanaşmaq lazımdır.Ona görə də işsizlik məsələsinə münasibət kökündən dəyişdiririlməli, işsizliyin real statistikası ortaya qoyulmalı, gerçəkədən işsiz olan insanların mümkün hissəsi postpandemiya dövründə real iş yeri ilə təminat və hazırkı situasiyanın gərginliyini nəzərə alaraq həm də ictimai işlərə cəlb etmək yolu ilə məşğulluğu təmin edilməsi istiqamətində tədbirlər hazırlanmalı, qalanlarına isə orta əmək haqqının 40 faizi səviyyəsi hazırkı durumda mümkün deyilsə,onda ən azı minimum əmək haqqı, yəni 250 manat məbləğində işsizlikdən sığorta ödənişi verilməlidir. Məsələnin həllinə bu cür yanaşma , hazırkı şəraitdə çox ağır durumda olub, sosial müdafiəyə ehtiyacı olan insanların xeyli hissəsinin düşdüyü vəziyyətdən çıxmasına kömək etmiş olar. Bu addımın ünvanlı sosial yardım alanların dairəsinin genişləndirilməsi ilə tamamlanması isə hazırlanan proqramlarda nəzərə alınmayan sosial problemlərin həllinin yumşaldılmasında müstəsna rol oynaya bilər.

3.Hökumətin sosial paketi şəhərdə yaşayan yoxsul və işsizlərin bir hissəsini nəzərə alsa da, kəndlərdə yaşayan yoxsulların mütləq əksəriyyətini nəzərə almır. 0,2-0,5 hektar pay torpağı olmaq, hələ həmin kəndlinin işləyib özünü və ailəsini dolandırmaq üçün gəlir əldə etməsi demək deyil. Ümumiyyətlə, bu pay torpağı məsələsi həmin vəziyyətdə olan yoxsul kəndlilərin ünvanlı sosial yardımdan faydalanmasına imkan vermədiyi kimi, indi də 190 manatlıq müavinətdən yararlanmağa imkan vermir. Əgər insanın heç bir gəliri yoxsa, şəhərdə, yoxsa kəndə yaşamasından asılı olmayaraq, deməli, işsiz və yoxsuldur. İşsiz və yoxsuldursa, deməəli qanunvericiliyə müvafiq surətdə dövlət dəstəyi almalıdır. Ona görə də həm ünvanlı sosial yardım və həm də ki hazırkı 190 manatlıq 2 aylıq yardım təyin edilərkən ciddi maneəyə çevrilmiş pay torpağı məsələsinə, bu torpaq parçasından gəlir götrülüb-götürülməməsi faktı əsasında yanaşılmaqla həll edilməsini zəruri hesab edirik.

4.Hökumət proqramında göstərilib ki, sahibkarlara bundan sonra alacaqları kreditlərə görə güzəştlər olunacaq. Amma indiki vəziyyətdə aldıqları kreditləri ödəyə bilməyən sahibkarlara və əhali kateqoriyasına güşəştlər ətrafında hələ danışıqlar gedir. Sahibkarlara proqramda nəzərdə tutulduğundan əlavə, həm də mövcud biznes kreditlərin ödənilmə müddətində güzəştlərin də əlavə edilməsini, o cümlədən əhalinin istehlak, ipoteka kredit borcları və faizlərin ödənilmsində bir neçə aylıq tətillərin verilməsini və digər güzəştlərin edilməsini, kredit ödəmələrinin gecikdirilməsinə görə tətbiq edilən sanksiyaların dayandırılmasını, bunun əvəzində isə dövlətin və Mərkəzi Bankın kommersiya banklarına müvafiq dəstəyin verməsini zəruri hesab edirik.

5.Koronavirusla mübarizə məqsdilə beynəlxalq praktikada tətbiq edilən məhdudiyyətlətlərin bizdə də tətbiqi, təbii surətdə bir sıra yeni iqtisadi və sosial məsələri gündəmə gətirib. Həmin məsələlərin bir hissəsi hökumətin hazırladığı Sosial Paketdə öz əksini tapıb. Bununla belə ailədə bir nəfər işləyirsə, həmin ailənin 190 manatlıq dəstək paketi almayacağı barədə rəsmi açıqlamalar cəmiyyətdə xeyli narazılıq yaradıb. Əgər 4 nəfərlik bir ailədə işləyən tək şəxs 250-300 manat alırsa, hər ailə üzvünə 63-75 manat pul düşür. Bu, 2020-ci ilin yaşayış minimumundan 2,5-3 dəfə azdır. Açıq qalan bu cür məsələlər ətrafnda gedən diskussiyalar göstərir ki, əvvəla sosial sahəyə aid statistika, uçot hesabat sistemi əsaslı surətdə təkmilləşdirilməlidir. İkincisi, beynəlxalq praktikadan çıxış edərək demək olar ki, bu qəbildən olan problemlərin xeyli hissəsini “uşaq pulu”nun bərpa edilməsi hesabına həll etmək olar. Ona görə də Azərbaycanda ötən ildən başlanan və 4,2 milyon əhalini əhatə edən sosial islahatların davamının çox önəmli və pik nöqtəsi kimi,optimal model əsasında aşağı gəlirli ailələr üçün “üşaq pulu” məsələsinin yaxın zamanlarda mərhələlərlə bərpasını zəruri hesab edirik.”Uşaq pulu” proqramı işə düşənə qədər isə bir sıra ailələrdə yaranmış hazırkı gərginlikləri azatmaqdan ötrü, həm beynəlxalq praktikada tətbiq olunan “uşaqların yeməyini təmin edək” üsulunun bizdə də tətbiqinə başlanılmasını, həm də hökumətin valideynləri işləməyən ailələrdəki uşaqlara 3 aylıq müavinət verməsini zəruri hesab edirik.

6. Koronavirusun yaratdığı problemlər 2020-ci ilin dövlət büdcəsinə yenidən baxlması və bir sıra layihələrin icrasının ertələnməsi zərurəti yaranıb. Amma ölkə prezidentinin də xüsusi vurğuladığı kimi, bu hal sosial infrastruktur layihlərinə aid olunmamalı, əhali üçün önəm kəsb edən layihələr maliyyələşdirilməkdə davam etdirilməliidr. Bu baxımdan Şəki kəndləri üçün zəruri olan bir sıra məsələlərin həlli çox vacibdir:

Son illər Şəki rayonunun yaşayış məntəqələrinə qaz verilişinin bərpası, eləcə də əvvəllər qazlaşdırılmayan kəndlərin qazlaşdırılması istiqamətində xeyli işlər görülmüş, qazla təhciz olunmuş yaşayış məntəqələrin miqyası genişlənmiş, abonentlərin sayı xeyli artmışdır. Bunula belə bir çox yaşayış məntəqələrin qazlaşdırılması ilə bağlı görülməli işlər hələ də qalmaqdadır. Bu mənada Şəki rayonunun qərb hissəsində Şəki-Qax avtomagistralı üzərində (Şin çayı hövzəsi ətrafı bölgədə) yerləşən Zunut, Baş Şabalıd, Aşağı Şabalıd, Şin, Cunut, Qumux, Aşağı Layiski və bu kəndlə Aşağı Göynük kəndi arasında yerləşən bir neçə min nəfər əhalinin yaşadığı xalq arasında “Mərdanlar” adı verilmiş yaşayış massivinin qazlaşdırılması olduqca vacibdir. Adları qeyd olunan kəndlərin qazlaşdırılması meşələrin qırılmasının qarşının alınması, həm də həmin kəndlərdə yaşayan əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına əhəmiyyətli dərəcədə müsbət təsir edəcək.

Həlli vacib olan ikinci məsələ kəndlərin su təchizatı ilə əlaqədardır. Şəki rayonunun kəndərinin əhalisinin içməli suya olan təlabatının qarşılanması baxımından dağ kəndlərimizdə dağlıq massivdə olan təbii bulaqların-çeşmələrin suyunun yığılaraq, münasib ərazidə kiçik su anbarlarının yaradılması yolu ilə, əldə edilmiş suyun kəmərlər vasitəsilə kəndlərə çatdırılması məqsədəuyğun olardı. Şəki rayon əhalisinin içməli suya olan təlabatının qarşılamağın digər vasitəsi son dövrlərdə geniş istifadə olunan yeni artezian və subartezian quyularının vurulmasıdır. Bu mənada rayonun Şorsu kəndinə 2, Daşbulaq kəndinə 2, Şəkikəndə 2, Böyük və Kiçik Dəhnə kəndlərinin hər birinə əhali sayı nəzərə alınmaqla 3, Cunut və Qumux kəndlərinin hər birinə 1, Cumakəndə 1, Oxud kəndinə 2 ədəd subartezian quyusunun vurulmasına ehtiyac vardır.

Şəki rayonunda həllini təxirəsalmadan gözləyən problemlərdən biri də “Əyriçay su anbarı” ilə əlaqədardır. Su anbarının istismara verilməsi və bu zaman rayonun Qaradağlı və Babaratma kəndlərinin köçürülməsi prosesi tam yekunlaşmadığından, bu gün həmin kəndlərin əhalisi ciddi problem yaşamaqdadır. Xüsusən də Babaratma kəndində yaşayan 32 ailə üçün ciddi təhlükə və dözülməz şərait yaranmışdır. Qış aylarında bəndin su hündürlüyü 18-20 metr arasında olur. Yazbaşı- yazlıq əkinlərin suvarılma dövründə bu həcmin 22-24 metrə çatdırılması zərurəti yaranır ki, bu zaman su artıq kənd əhalisinin həyət və evlərini basır. Bundan əlavə olaraq, su anbarının insanların evlərinin lap yaxınlığında yerləşməsiburada yay aylarında rütubət və buxarlanmanın səviyyəsinin normanı dəfələrlə aşması səbəbli nəfəs almanı çətinləşdirir, xalq arasında “yel” adlandırılan xəstəliklərin, eləcə də ağciyər xəstəliklərinin geniş yayılmasına səbəb olur. Vəziyyətdən çıxış yolu kimi Babaratma kəndinin əhalisinin yarımçıq qalmış köçürülmə prosesi yekunlaşdırılmasını və onlar üçün dövlət hesabına başqa yerdə yeni evlər tikilməsini zəruri hesab edirik.

Digər xəbərlər
15:30 Dövlət işində çalışanlara BƏD XƏBƏR
15:27 Uşaqlar üçün yaşayış minimumu artırıldı
15:25 Azərbaycanda alimentin minimum məbləği artırılır
15:24 Bu halda vətəndaşın işsiz statusu ləğv edilir
14:26 QAZ XƏTLƏRİNƏ HAVA NİYƏ VURULUR?- AÇIQLAMA
10:44 Ömrü uzatmağın sadə yolu tapıldı
10:43 Bu gün Bakıda daha bir bəyannamə qəbul ediləcək
10:40 COP29 tədbirinin vaxtı uzadıldı