hemle

Şuşada beynəlxalq konfrans keçirilir - YENİLƏNİB

Tarix:28-04-2022, 13:20
Baxış Sayı:198

Şuşada beynəlxalq beyin mərkəzlərinin “Cənubi Qafqaz: İnkişaf və Əməkdaşlıq” adlı beynəlxalq forum başlayıb.

Forum Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və ADA Universitetinin təşkilatçılığı ilə keçirilir.

Forum çərçivəsində müxtəlif ölkələri təmsil edən ekspertlər və beyin mərkəzlərinin nümayəndələri postmünaqişə dövründə Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə, o cümlədən Şuşada infrastrukturun bərpasını müzakirə edəcəklər.

Bundan başqa, forum iştirakçıları regionda dayanıqlı sülhün bərqərar edilməsini və regional kommunikasiyaların açılması imkanlarını nəzərdən keçirəcəklər.

*** 08:57

Şuşada beynəlxalq konfrans keçiriləcək.

Bu barədə Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri - Prezidentin köməkçisi Hikmət Hacıyev özünün tviter hesabında yazıb.

“Ağdamın adını daşıyan təyyarə ilə “Shusha Majlis Discussion” formatında beynəlxalq beyin mərkəzləri ilə “Cənubi Qafqazın inkişafı və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransı keçirmək məqsədilə Şuşaya səfər etmək üçün bu yaxınlarda tikilmiş Füzuli hava limanına uçuruq. Şuşa həm də regionun diplomatik paytaxtı olur”, - Hikmət Hacıyev tviter hesabında qeyd edib.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir