hemle

Onkoloji və skleroz xəstələri pensiya ala biləcək

Tarix:26-04-2022, 17:25
Baxış Sayı:215

Onkoloji və skleroz xəstələri pensiya ala biləcək


Azərbaycanda onkoloji və skleroz xəstələri pensiya ala biləcək.

Bununla bağlı “Onkoloji yardım haqqında” və “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” qanunlara dəyişiklik layihəsi parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

“Onkoloji yardım haqqında” qanuna (9-cu maddə) əsasən, əlilliyi, o cümlədən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş və əmək pensiyası almaq hüququ olmayan onkoloji xəstələrin müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada sosial müavinət almaq hüququ var. Layihəyə əsasən, əlilliyi, o cümlədən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş onkoloji xəstələrin sosial müavinət və ya əmək pensiyası almaq hüququ olacaq. Hazırda qüvvədə olan “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” qanuna (9-cu maddə) görə da əlillik , o cümlədən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş və əmək pensiyası almaq hüququ olmayan dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin sosial müavinət almaq hüququ var. Dəyişikliyə görə, əlillik , o cümlədən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin sosial müavinət və ya əmək pensiyası almaq hüququ olacaq. Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

Digər xəbərlər
22:30 Kamran Əliyev iki rayona prokuror təyin etdi
20:58 Qəhvə bu formada içiləndə ömrü uzadır
20:56 İrandan İsrailə daha bir neçə raket atıldı
20:54 Dövlət komissiyası itkin düşmüş vətəndaşların ailələrinə müraciət etdi
20:51 İran və İsraili tərk edən vətəndaşlarımızın sayı açıqlandı
20:49 Məktəbəhazırlıq qruplarına qəbul başlayır
17:12 Təl-Əviv tamamilə iflic vəziyyətə düşdü: Növbəti xəbərdarlığa qədər...
17:07 Ərdoğan-Əliyev qardaşlığı: İsrail bəhanədir, hədəf Türkiyə-Azərbaycan ittifaqıdır