Dirçəliş gügünə daha bir örnək
Bu gün yəni 17 noyabr 2019-cu il tarixində Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin Türkiyə təmçsilçisi tarixçi Zülfüyyə Günəş İstanbul şəhərində təkbaşına mitinq keçirmişdir. Mitinqin səbəbi girovluqda olan Azərbaycan qadınlarının dünyaya tanıdılmasıdır. Mitinqdə Zülfiyyə xanıma mətbuat dəstəyinin verilməsi kimi ağır işi öz üzərinə götürən dəyərli jurnalistimiz Məlahət xanımdır. Mitinqdə Plakat nümayiş etdirilmişdir.
Plakatın üzərindəki yazılar isə ermənilərə ünvanlanmışdır. 27 ildir Ermənistan tərfində girov götürülmüş və hələdə girov olan Azərbaycan qadınları üçün bu gün dua edərmisiniz.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019-cu ildə elan etdiyi qrand müsabiqəsində qalib olmuş Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin Qarabağın işğalı nəticəsində Ermənistan tərəfindən girov götürülmüş Azərbaycan qadınları haqda “Bitməyən əzab” adlı filmin çəkilməsi və dünyaya yayılması adlı layihənin növbəti tədbiri İstanbul küçələrində baş tutdu.
Qarabağın işğalı zamanı əsir və girov götürdüyü Azərbaycan vətəndaşları əsasəndə qadınlarımızla bağlı film çəkiləcəkdir. Filmin şəkilişləri zamanı qarşılaşdığımız dəhşətli həyat hekayələri insanlıq adına ədalətin təcaviz edilməsidir.
Ana girov götürülməz. Girov analar üçün dua edin!!!
1700-cü illərdən başlayaraq Qafqaz coğrafiyasına kütləvi şəkildə məqsədili olaraq yerləşdirilməyə başlamış ermənilər 1800-cü illərin sonundan etibarən Azərbaycan türklərinə qarşı faşizm siyasəti həyata keçirirlər. 1905-ci ildən başlayan erməni təcavüzləri 1988-1994-cü illərdə özünün yekun mərhələsinə çatdı. Belə ki, tarixən bu günkü Ermənistan adlanan ərazidə əsrlərdən bəri yaşayan Azərbaycan türklərini zorakılıqla, qətlə yetirələrək yurdlarından çıxardılar.
1988-1994-cü illər ərzində Azərbaycan ərazilərinə qarşı Ermənistanın işğalçılıq kampaniyası zamanı girov götürülmüş və itkin düşmüş azərbaycanlı qadınlar hələdə işgəncə və təcavülərə məruz qalırlar.
Qarabağın Ermənistan tərəfindən işğalı nəticəsində itkin düşmüş, əsir-girov götürülmüş, qadınlarla bağlı real statistik məlumatlar var. Həmin xanımlar girovluqda çəkdikləri əzab-əziyyətlərdən danışdıqca insanın qanı donur.
Biz diqqəti erməni işğalçılarının dünya ictimaiyyətini necə aldatdıqlarına çəkmək istəyirik. Erməni terrorçuları bəzi xanımları azad etdiklərini bildirsələr də, 450 nəfərdən çox, 3 yaşından 82 yaşına qədər Azərbaycan qadını hələdə girovluqda işgəncə və təcavüzlərə məruz qalıblar.
Arxivlərdə olan materalları araşdırarkən, erməni terrorçuluğunun psixologiyasına qısa ekskurs edərək XIX əsrin ikinci yarısında və XX əsrdə daşnakların türk qadınlarına qarşı törətdikləri vəhşiliklər barədə tarixi sübutlar və faktlarla dolu mənbələrtapılır.
Terrorçuluğun ermənilərin milli xüsusiyyətinin tərkib hissəsi olduğunu sübur edən faktlardan biridə Ermənistanda erməni terrorçusu Soqomon Teyliryana qoyulmuş heykəlin ayağının altında Tələt-paşanın kəsilmiş başının əks olunmasıdır. Dünyanın heç bir sivil ölkəsində belə təcrübə indiyədək müşahidə edilməyib. Bundan əlavə, nəzərinizə çatdırım ki, faşizm ideologiyası əsasında dayanan Ermənistan III reyxin vətənidir. Faşizm ideyasının təbliğatçısı, Qaragin Njdeyə qoyulmuş heykəldə buna nümunədir.
Müharibələrin qanunu öldürməkdir. Lakin döyüşçülər birilərinin oldürürlər. Kişi ilə savaşmaq və onu öldürmək - müharibədirsə, qadını öldürmək – soyqırımıdır.
Dünyanın beynəlxalq təşkilatlarına müraciət edirik. “Heç bir din mükəmməl deyil,” Lakin yalnız ona görə mükəmməl deyil ki, insan mükəmməl deyil. Beynəlxalq hüququ da insan yazıb. İndiyədək itkin düşmüş sayılan əslində Ermənistan ordusunun girovluğunda olan Azərbaycan qadınlarıda bu hüquqdan ədalət gözləyirlər. Çünki, onların əzabları bitib tükənmir.
Layihənin rəhbəri
MVQSYİB-nin sədri Radə Abbas