hemle

Qarabağda onlarla azərbaycanlı qəbiristanlığı erməni separatçıları tərəfindən dağıdılıb - ABŞ

Tarix:14-04-2022, 18:00
Baxış Sayı:408

Füzuli, Ağdam, Zəngilan, Kəlbəcər, Cəbrayıl rayonlarında erməni separatçıları tərəfindən onlarla azərbaycanlı qəbiristanlığı dağıdılıb, erməni məzarlıqları isə toxunulmaz qalıb.

hemlemedia.az trend-ə istinadla xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin hesabatında deyilir.

Qeyd olunur ki, Azərbaycan qəbiristanlıqlarının dağıdılması faktları xarici fotojurnalistlər tərəfindən qeydə alınmış minlərlə fotoşəkillə təsdiq olunur.

Hesabatda vurğulanır ki, azərbaycanlı qəbirləri erməni separatçıları tərəfindən təhqirə məruz qalıb. Bəzi hallarda qəbirlərin talan olunması, o cümlədən texnika ilə dağıdılmasının izləri aşkarlanıb.

"Ağdama səfər etmiş xarici müşahidəçilər qəbiristanlıqda qazılmış boş məzarların şəkillərini çəkib. Görüntülərdə sındırılmış başdaşı, digər başdaşılarda eybəcər hala salınmış portretlər, çəkic və ya digər bənzər əşyalarla sındırılmış plitələr əks olunub", - hesabatda deyilir.

ABŞ Dövlət Departamenti bildirir ki, qəbirlər qızıl diş axtarışları məqsədilə qazılırdı, qalıqlar isə bütün qəbiristanlıq ərazisinə atılırdı.

Hesabatda, həmçinin, vurğulanır ki, erməni qəbirisitanlıqları toxunulmaz qalıb.

Digər xəbərlər
11:36 Rusiya ABŞ və İrana görə HƏRƏKƏTƏ KEÇDİ
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar