Yeni ilin ilk günlərində tanınmış astroloq Hande Kazanova 2022-ci ildə koronavirusla bağlı imtahanımızı və astrologiyaya əsasən bu yöndə bizi nələrin gözlədiyini şərh edərkən 5 aprel 2022-ci il tarixinə diqqət çəkmişdi.
Hər kəsin maraqla gözlədiyi bu tarixdə nə baş verəcək?
5 aprel tarixində müəyyən hadisələrin yaşanacağını və bu tarixə diqqət edilməli olduğunu qeyd edən Hande Kazanova yay aylarından sonra artıq rahat nəfəs alacağımızı, tam şəkildə isə 2023-cü ilin martından bu problemlərin bitəcəyini vurğulamışdı.
Astroloqun proqnozlarına görə, 5 apreldə Mars və Saturnun birləşməsi dövrəyə girəcək ki, bu da astrologiyada çox önəmli hadisə sayılır:
“Bu zamanda gözlənilməyən hadisələrə şahid ola bilərik. Bunlardan biri olaraq 30 mart 2022-ci il tarixində dünyada pandemiyadan qaynaqlanan bir ləngimə enerjisinin aktivləşdiyini deyə bilərik. İndi yenə Mars və Saturn birləşməsi dönəmində karyera, peşə, iş həyatı, iqtisadiyyatla bağlı məsələlərin əhəmiyyət qazandığı bir dönəm olacaq. Pandemiya ilə bağlı yenidən bəzi problemlərin yarana biləcəyi də ehtimal olunur. Sona çatmış kimi görünsə də, qarşımızdakı dönəmdə başqa yoluxucu xəstəliklər və ya rəqəmsal məkandan gələ biləcək zərərlər ortaya çıxa bilər. Kosmos, elektrik enerjisi, insan haqlarının pozulması ilə bağlı məsələlərdə bir dayanma-durma enerjisinin yaranması baş verə bilər ki, belə zamanlarda həyatın axınına əks istiqamətdə getməməli və dayanmağımız lazım olduğu yerdə dayanmalıyıq.
İki xoşagəlməz planet var ki, bunlardan biri enerjimizi istiqamətləndirən Mars, digəri isə məhdudiyyətlər və əngəllərlə bağlı olan Saturndur. Bu səbəbdən bu iki planetin xoşagəlməz təsirlərinin ola biləcəyini diqqətdə saxlamaq lazımdır”.
Mənbə: Haber Global