hemle

DİM abituriyentlərə müraciət etdi

Tarix:14-03-2022, 11:56
Baxış Sayı:259

Dövlət İmtahan Mərkəzi hərbi xidmətdən möhlət hüququ verilən abituriyentlərə müraciət edib.

DİM-dən verilən məlumata görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti “2022/2023-cü tədris ili üzrə Azərbaycanın ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul üzrə müsabiqədə iştirak etmək üçün müraciət edən Azərbaycanın kişi cinsli vətəndaşlarının hərbi vəzifə ilə bağlı öhdəlikləri barədə məlumatların verilməsi Qaydası”nda müəyyən dəyişiklik edib.

Dəyişikliyin əsas mahiyyəti ondan ibarətdir ki, yeni qaydalara görə artıq 18 yaşı 30 aprel 2022-ci il tarixdən sonra tamam olacaq əvvəlki ilin oğlan abituriyentləri ali təhsil müəssisələrinə tələbə qəbulu üzrə müsabiqədə iştirak etmək üçün “Abituriyentin elektron ərizəsi”ni təsdiq edə bilərlər.

Ərizə qəbulu ilə bağlı qaydalar ümumi olaraq aşağıdakı kimidir:

1987-2004-cü il təvəllüdlü (01.05.2004-cü il tarixədək anadan olmuş) kişi cinsli abituriyentlərin elektron ərizələrinin təsdiqi üçün onların ya müddətli həqiqi hərbi xidmət keçməsi, ya çağırışdan möhlət hüququnun olması və ya çağırışdan azad edilməsi barədə məlumat Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) elektron-məlumat bazasında əks olunmalıdır.

Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrini cari ildə bitirən abituriyentlərin, yuxarıda qeyd olunduğu kimi 30 aprel 2004-cü il tarixdən sonra doğulmuş əvvəlki ilin məzunu olan abituriyentlərin və 35 yaşı tamam olmuş abituriyentlərin elektron ərizələri SHXÇDX-in elektron-məlumat bazasına sorğu verilmədən təsdiq edilir.

Hərbi qeydiyyatın aparılması Azərbaycan Respublikasının SHXÇDX tərəfindən təsdiq edilən qaydalarla tənzimlənir.

Digər xəbərlər
14:16 Qonşu ölkə işıqsız qaldı
14:13 Bank kartınızdakı pulları belə qoruyun
14:11 Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ
14:00 Külli miqdarda narkotik vasitəni ölkə ərazisinə keçirən şəxslər saxlanıldı
13:53 Rusiya bu ölkələrlə əməkdaşlığı dayandırdı: Səbəb nədir?
22:18 Müavinət və təqaüd alanlara şad xəbər: Növbəti artım...
22:17 Bakı metrosunda ediləcək dəyişikliklərlə bağlı daha bir rəsmi açıqlama
22:14 Azad olunmuş ərazilərə bu il nə qədər pul xərclənib?