hemle

Partlayışda yaralananların son vəziyyəti AÇIQLANDI

Tarix:4-04-2022, 14:23
Baxış Sayı:244

Səbail rayonu ərazisində yerləşən obyektdə baş vermiş partlayış zamanı ümumilikdə 37 nəfər müxtəlif dərəcəli xəsarət alıb, 1 nəfər vəfat edib.

Bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə məlumat yayıb.

Hazırda xəstəxanalarda hadisə nəticəsində xəsarət alan 16 nəfər var. Onlardan 13-ü dövlət tibb müəssisələrində müalicəsini davam etdirir.

Reanimasiya şöbəsində müalicə alan 7 nəfərdən 3-nün vəziyyəti kritikdir. Stasionarda müalicə alan digər 5 nəfərin vəziyyəti stabil ağır, 4-nün vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

Qeyd edək ki, tibb mütəxəssisləri yaralıların ailələri ilə mütəmadi əlaqə saxlayaraq onları yaxınlarının sağlamlıq durumu barədə məlumatlandırır.

Digər xəbərlər
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?
10:23 Bu şəxslər yenidən həbs oluna bilər
10:21 Azərbaycanda Qurban bayramı qeyd olunur
10:17 Çinin yeni gizli döyüş təyyarəsi - Görün nələrlə təchiz edilib
10:15 Rusiya HƏRƏKƏTƏ KEÇDİ - Ukraynada kritik infrastrukturlar VURULUR
10:12 Paşinyanla keşişlərin amansız savaşı: Ermənistanda nə baş verir?
10:10 Bu günün hava proqnozu açıqlandı
10:07 Bakıda bayram namazı qılındı