hemle

Bayram günlərində bu yollar təmir ediləcək - SİYAHI

Tarix:18-03-2022, 14:09
Baxış Sayı:186

Qarşıdan gələn tətil günlərində paytaxtda nəqliyyat intensivliyinin azalmasından istifadə edərək, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 22-27 mart tarixlərində bir-neçə küçə və prospektdə təmir işlərinin aparılması nəzərdə tutulur.

Təmir işləri aşağıda qeyd olunan küçə və prospektlərin müəyyən hissələrində aparılacaq:

1. Mikayıl Müşfiq küçəsi (“Qurd qapısı”ndan Mətbuat prospektinə qədər);

2. Rəşid Behbudov küçəsi (Dilarə Əliyeva küçəsindən Süleyman Rəhimov küçəsinə qədər);

3. A. Salamzadə küçəsi ("Qələbə dairəsi”ndən tunelin giriş hissəsinə qədər - 3 yerdə);

4. Nazim Hikmət küçəsi (Musabəyov dairəsi);

5. Tbilisi prospektinin yan yolu (Seyidcəfər Pişəvəri küçəsindən “20 Yanvar dairəsi”nə qədər);

6. Ziya Bünyadov prospekti ("Azadlıq" körpüsünün üstü - 3 yerdə);

7. Ziya Bünyadov prospekti (Asif Məhərrəmov küçəsindən "20 Yanvar dairəsi”nə qədər);

8. Azadlıq prospekti (Naxçıvani küçəsindən tunelin giriş hissəsinə qədər);

9. Ziya Bünyadov prospekti (İbrahimpaşa Dadaşov küçəsindən "Santral" mağazaya qədər olan hissə - 6 yerdə);

10. Ziya Bünyadov prospekti ("Santral" mağazanın qarşısında yan yollar);

11. Şəhər şossesi (Zabrat yolu);

12. "Koroğlu" körpüsünün üstü (Heydər Əliyev prospektindən Mikayıl Əliyev küçəsi istiqamətində);

13. Bakı Dairəvi I yolu ("Binə" ticarət mərkəzindən Biləcəri istiqamətində);

14. Heydər Əliyev prospekti - Mərdəkan - Bilgəh avtomobil yolunun rənglənməsi;

15. Suraxanı rayonu ərazisində Səttar Bəhlulzadə küçəsi;

16. Salyan şossesi (Arif İsmayılov küçəsindən "20 sahə dairəsi”nə qədər).

Sürücülərdən sözügedən küçə və prospektdə aparılacaq təmir işlərinə anlayışla yanaşmaları, qeyd olunan tarixlərdə təmir işlərinin aparıldığı ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

Digər xəbərlər
10:17 Gürcüstanda parlament seçkiləri keçirilir
10:07 Gündə neçə stəkan çay içmək olar? - Həkim normanı keçməyin nələrə səbəb olduğundan danışdı
10:06 Vətən müharibəsinin 30-cu günü - Üçüncü atəşkəs elan olunur
09:46 ABŞ yeni silah alır: Rusiya və Çin peyklərini zərərsizləşdirəcək
09:39 Naxçıvanda əhali arasında vaksinasiya aparılır
09:36 İsrail İrana ikinci dəfə zərbə endirib
18:43 Əhaliyə həftəsonu ilə bağlı XƏBƏRDARLIQ: Hazırlıqlı olun!
18:36 Bu şəxslərə verilən müavinət ARTIRILIR