hemle

Ukraynanın Qostomel şəhərinin başçısı ÖLDÜRÜLDÜ

Tarix:7-03-2022, 11:36
Baxış Sayı:218

Rusiya hərbçilərinin Kiyevin ətrafını atəşə tutması nəticəsində Ukraynanın Qostomel şəhərinin başçısı Yuri Prilipko ölüb.

hemlemedia.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Qostomel Şəhər Şurası məlumat yayıb.

Bildirilib ki, mövcud şəraitə görə onun dəfninə heç kim dəvət olunmayıb.

Məlumata görə, Yuri Prilipko ilə yanaşı, Ruslan Karpenko və İvan Zarey də güllələniblər.

Qeyd edək ki, Qostomel Kiyev vilayətinin Buçanks rayonunun şəhərtipli qəsəbədir. 2022-ci il martın 6-da Ukrayna Prezidenti Volodimir Zelenskinin sərəncamına əsasən “Qəhrəman şəhər” fəxri adına layiq görülüb.

Digər xəbərlər
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?
10:23 Bu şəxslər yenidən həbs oluna bilər
10:21 Azərbaycanda Qurban bayramı qeyd olunur
10:17 Çinin yeni gizli döyüş təyyarəsi - Görün nələrlə təchiz edilib
10:15 Rusiya HƏRƏKƏTƏ KEÇDİ - Ukraynada kritik infrastrukturlar VURULUR
10:12 Paşinyanla keşişlərin amansız savaşı: Ermənistanda nə baş verir?
10:10 Bu günün hava proqnozu açıqlandı
10:07 Bakıda bayram namazı qılındı