hemle

Bakı və Kiyev arasında Qardaşlaşma haqqında protokol imzalanıb

Tarix:11-09-2021, 11:23
Baxış Sayı:254

Ötən gün Ukraynanın paytaxtında Bakı və Kiyev şəhərləri arasında Qardaşlaşma haqqında niyyət protokolu imzalanıb.

Niyyət protokolunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və Kiyev şəhərinin meri Vitali Kliçko imzalayıblar.

İmzalanma mərasimindən əvvəl çıxış edən Vitali Kliçko bildirib ki, Bakı olduqca sürətlə inkişaf edir. Azərbaycan paytaxtında möhtəşəm layihələr həyata keçirilib.

“Biz Bakıda həyata keçirilən bəzi müasir layihələri öyrənərək Kiyevdə tətbiq edirik. Ümid edirəm ki, yaxın gələcəkdə Bakıya növbəti səfərim zamanı yeni maraqlı layihələrin şahidi olacağam”, - deyə Vitali Kliçko əlavə edib. Kiyev şəhərinin meri vurğulayıb ki, imzalanan yeni niyyət protokolu iki dost şəhər arasında iqtisadi, ticarət, mədəniyyət, turizm sahələrində əməkdaşlığı daha da gücləndirəcəkdir.

Qonaqpərvərliyə görə Kiyev şəhərinin merinə təşəkkürünü bildirən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov qeyd edib ki, yeni niyyət protokolu iki şəhər arasında əlaqələri yeni müstəviyə çıxaracaq. O deyib: “Bakı və Kiyev şəhərləri arasında əməkdaşlığın inkişafı bizi sevindirir. Ukrayna paytaxtında da maraqlı layihələr həyata keçirilir və biz bu səfər çərçivəsində bunun şahidi olduq”.

Görüşdə iki şəhər arasında 1997-ci ildə imzalanmış əməkdaşlığa dair saziş əsasında mövcud qardaşlaşma əlaqələrinin daha genişləndirilməsi barədə qərar qəbul edildi və həmçinin Azərbaycanın ötən il düşmən üzərində qazandığı Şanlı Qələbə nəticəsində azad edilmiş torpaqlarda böyük sürətlə aparılan bərpa quruculuq işləri barədə məlumat verilib.

Görüşdə Kiyev meriyasına və Ukraynanın KİV nümayəndələrinə erməni millətçilərinin işğal altında olmuş ərazilərimizdə törətdikləri vandalizm faktlarını əks etdirən foto albomlar təqdim edilib.

Həmçinin imzalanma mərasimində Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova da iştirak edib.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir