hemle

Azərbaycanda general ona "telepuzik" deyən kəşfiyyatçını MƏHKƏMƏYƏ VERDİ

Tarix:1-03-2022, 09:42
Baxış Sayı:220

Müdafiə Nazirliyinin general-mayoru Hilal Nəcəfov nazirliyin Kəşfiyyat Baş İdarəsinin ehtiyatda olan mayoru Mansur Məmmədovu məhkəməyə verib.

hemlemedia.az "Kriminalqafqaz"a istinadən xəbər verir ki, general sabiq həmkarını ona böhtan atmaqda günahlandırıb və Cinayət Məcəlləsinin 147.1 (böhtan), 147.2 (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələri ilə məsuliyyətə cəlb edilməsini xahiş edib.

Şikayətdə göstərilib ki, M.Məmmədov xəstəliyə görə ehtiyata buraxılıb və bundan sonra özünə məxsus “facebook” səhifəsində H.Nəcəfov barəsində həqiqətə uyğun olmayan məlumatlar yayıb və onu dövlətə xəyanət etməkdə, qatil olmaqda ittiham edib. Bundan başqa şikayətçi göstərib ki, barəsində “eşşək”, “telepuzik general” və s. kimi ifadələrə işlətməklə ona qarşı təhqirlər səslənidirlib.

Binəqədi rayon məhkəməsi şikayəti aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərib.

Qeyd edək ki, Hilal Nəcəfov 2017-ci ildə general-mayor ali rütbəsi alıb. O, həmin il düşmənin diversiya-təxribat qrupunu zərərsizləşdirilməsi və qrupun bir üzvünün ələ keçirilməsində müstəsna rol oynayıb.

Məhkəmədə Mansur Məmmədovun təqsiri sübuta yetirilərsə, onu 6 aydan 3 ilədək həbs cəzası gözləyir.

Digər xəbərlər
09:35 Nüvə partlayışı zamanı harada gizlənək? - Alimlər müəyyən yerləri sadaladılar
09:27 "YouTube"dan bəzi istifadəçilərə qarşı sərt sanksiyalar
09:23 Bu gün 33 dərəcə isti olacaq
09:18 Türkiyədən hərbi sahədə NÖVBƏTİ UĞUR - İlk yerli atom sualtı qayığı...
09:15 Bu cihaz sayəsində ölümcül xəstəliklərdən qurtulmaq olacaq - TİBBDƏ İNQİLAB
19:47 Sabahın havası ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
19:43 Milli Məclis önündə insident: İdmançı "Lexus"la qadın sürücünün qarşısını kəsdi
19:33 Pensiyalar ilə bağlı vacib MƏLUMAT