hemle

Saleh Məmmədovdan 1 ailənin öldüyü qəza ilə bağlı AÇIQLAMA

Tarix:22-02-2022, 14:26
Baxış Sayı:203

"Quba yolunda bir neçə gün əvvəl baş vermiş faciə özümə də çox pis təsir edib".

Bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.

"Amma mətbuat işçiləri gündəlik avtomobil yollarında olan faciələrin sayını hesablasalar, görərlər ki, bu da onların biridir. Bunu ümumrespublika matəminə çevirməyi tövsiyə etmirəm", - S. Məmmədov bildirib.

Onun sözlərinə görə, layihələndirməyə uyğun olaraq, o yolda sürətin tənzimlənməsi üçün yol nişanları və işarələri qoyulub: "Hər bir yoldan istifadə edən sürücü onlara riayət etsə, qəza olmaz. Ümumiyyətlə, həmin ərazidə yolda dalğavari heç nə yoxdur. O yolda üç zolaqdan iki zolağa keçməsi barədə nişan qoyulub".

S.Məmmədov qeyd edib ki, Quba yolunun bərpası üçün mütəmadi işlər aparılır: "Quba yoluna hazırda yeni alternativ yol çəkilir və yol 2022-ci ilin sonuna qədər istifadəyə veriləcək".

Digər xəbərlər
22:16 Bu tarixdən məktəblərdə yaz tətili başlayır
22:12 Siyasi partiya nümayəndələri Laçına səfər etdilər
21:45 Jurnalistlərin cəbhəboyu zonada akkreditasiyası ilə bağlı qaydalar dəyişdi
21:40 İnsan bədənində yeni xərçəng "PROVOKATOR"U TAPILDI
17:04 "ChatGPT"dən yeni alış-veriş funksiyası - "Google"a rəqabət artır
17:01 Vardanyanın məhkəməsində zərərçəkmiş şəxs: Erməni silahlı dəstələrinin hücumu zamanı 14 hərbçi yoldaşım şəhid oldu
16:55 Sabah Bakının bəzi ərazilərində qaz olmayacaq
16:51 Sabah 21° isti olacaq