hemle

İlham Əliyev Quba-Qonaqkənd avtomobil yolunun açılışını edib

Tarix:6-12-2021, 20:42
Baxış Sayı:231

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 6-da Quba-Qonaqkənd avtomobil yolunun açılışını edib.

46 kilometrlik Quba-Qonaqkənd avtomobil yolunun istismara verilməsi ilə 68 min nəfərin rahat gediş-gəlişi təmin olunur.

Bu yol uzun illər əsaslı təmir olunmadığı üçün hərəkət hissəsində qabarmalar, çalalar əmələ gəlmişdi. Bu isə yolda nəqliyyatın hərəkətini çətinləşdirirdi.

Qeyd edək ki, ərazinin özünəməxsus relyefi tikinti işlərinin gedişinə də birbaşa təsir göstərib. Bəzi yerlərdə dağ yamaclarının qaya süxurları kəsilib, qrunt sularının axıdılması təmin edilib. Bir sözlə, dövlətimizin başçısının sərəncamı ilə vətəndaşların rahatlığının təmin olunması üçün çox əhəmiyyətli işlər görülüb.

Onu da deyək ki, Quba-Qonaqkənd yolunun yenidən qurulması həm də əhalinin tədarük etdiyi kənd təsərrüfatı məhsullarını, meyvə-tərəvəzi qısa vaxtda istədikləri ünvana çatdırmağa imkan yaradır, həmçinin turizm imkanlarını daha da genişləndirir.

Digər xəbərlər
10:36 Bu gün XTQ-nin yaradılmasından 26 il ötür
10:34 Keçid balı ən az olan İXTİSASLAR - SİYAHI
10:30 Nazirdən HƏYƏCAN TƏBİLİ: "Hindistan yaxın saatlarda Pakistanı VURACAQ"
10:26 Sarıcalıya növbəti köç karvanı yola salındı
10:24 Azərbaycan-İran strateji tərəfdaşlıq perspektivləri - Yeni mərhələyə start verildi
10:22 Zelenski “Moskva paradını vuracağıq” dedi - Rusiya bu cavabı verdi
10:20 Bu gün 21° isti olacaq
10:18 Rusiya narahatdır: Ukrayna yeni döyüşə hazırlaşır - Bu şəhər qalaya çevrilir