hemle

Şuşa Bəyannaməsinin əhəmiyyəti nədən ibarətdir? - AÇIQLAMA

Tarix:16-02-2022, 11:23
Baxış Sayı:408

Azərbaycan və Türkiyə Prezidentlərinin imzaladığı ölkələr üçün tarixi əhəmiyyət daşıyacaq “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsi hər iki dövlət tərəfindən ratifkasiya olundu və artıq tam hüquqi qüvvəyə malikdir.

Bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. Deputat bildirib ki, Ermənistanın buna reaksiyası çox gecikməyib:

"İrəvanda bu əməkdaşlıqdan məmnun olmadığını dilə gətirənlər heç də az deyil. Buna baxmayaraq ki, Ermənistanda hər iki ölkə ilə sülh anlaşmasının imzalanmasından da danışılır. Bəyannamə hər iki ölkənin strateji münasibətlərinin dərinləşməsi baxımından vacibdir. Bu uzunmüddətli dövrdə tərəflərin iqtisadi və siyasi əlaqələrinin inkişafında zəmin yaradacaq. Sənədin iqtisadi tərəflərinə gəldikdə, bəyannamənin ən spesifik cəhətlərindən biri də milli iqtisadiyyatların və ixracın şaxələndirilməsi üzrə səylərin artırılmasıdır. Bu ölkələrin iqtisadi və ticarət diversifikasiyası ilə bağlı bir-birilərinə qarşılıqlı dəstək olacağı anlamına gəlir".

Milli Məclisin üzvü qeyd edib ki, qardaş ölkələr növbəti 3 il ərzində ticarət dövriyyəsinin 15 milyard dollara çatdırılması ilə bağlı hədəf müəyyənləşdiriblər:

"Şuşa Bəyannaməsində nəzərdə tutulan tədbirlər bu hədəfə nail olmaq üçün yeni imkanlar yaradacaq. Belə ki, 2020-ci ildə 4 milyard 160 milyon dollarlıq ticarət dövriyyəsi ilə Türkiyə İtaliyadan sonra Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. Bütövlükdə, pandemiyayadək son illər Azərbaycan ilə Türkiyə arasındakı ticari əlaqələrdə artan tendensiya müşahidə olunub. Belə ki, 2019-cu ildə ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 33 faiz, 2017-ci il ilə müqayisədə isə 73 faiz artıb. Ümumi ticarət dövriyyəsi 2018-ci ildə 3 milyard 403 milyon dollar, 2017-ci ildə isə 2 milyard 667 milyon olub. 2017-ci ildən etibarən Azərbaycan Türkiyə ilə xarici ticarət dövriyyəsində hər zaman müsbət saldoya malik olub. 2019-cu ildə bu saldo rekord şəkildə artaraq 1 milyard 200 milyon dollara çatıb".

V.Bayramov əlavə edib ki, sənəddə Cənub Qaz Dəhlizinin səmərəli şəkildə istifadə olunmasına və daha da inkişaf edirilməsinə yönəldilmiş səylərin əlaqələndilmiş şəkildə davam etdirilməsi nəzərdə tutulur:

"Ötən il Türkiyə Azərbaycandan 8.5 milyard kubmetrdən artıq qaz idxal edib. Bu isə iki ölkə arasında enerji sahəsində əməkdaşlığın artıq güclənməsindən xəbər verir. Vacib istiqamətlərdən biri də məhz intellektual nəqliyyat sistemləri texnologiyalarından istifadə etməklə beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycan-Türkiyə hissələrində tranzit-nəqliyyat potensialının daha da inkişafı, Azərbaycan və Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafının təşviqidir. Zəngəzur dəhlizi 1.1 trilyon dollardan çox nominal ümumi daxili məhsulu olan türkdilli ölkələri iqtisadi baxımdan birləşdirməklə yanaşı, ölkəmizin starteji əhəmiyyətini də artıracaq. Bütövlükdə, Şuşa Bəyannaməsi iki qardaş ölkə arasındakı strateji tərəfdaşılığı gücləndirməklə iqtisadi sahədə yeni əməkdaşlıq imkanları yaradacaq".

Digər xəbərlər
20:44 Metrodan istifadə edənlərə xoş xəbər: Yenilənəcək...
20:41 ABŞ kəşfiyyatının yeni rəhbəri: Qarabağa qanunsuz səfər edib, Ukraynanın “qara siyahı”sındadır
20:34 Ermənistan səfiri Lavrovun görüşünə getdi: İrəvanın KTMT ilə bağlı mövqeyi dəyişib?
20:27 Rəsmi Bakıdan Ermənistana: bu bəyanatların heç bir hüquqi əsası yoxdur
20:23 Bu ölkələr Bakıda iqlim dəyişikliyi və buzlaqların qorunması üzrə birgə Bəyannamə imzaladılar
20:10 Sahibə Qafarova Millətlər Birliyinin Baş katibi ilə görüşdü
20:06 Gecələr yata bilmirsiniz? - Bu üsulla elə yuxuya gedəcəksiniz ki...
15:13 Rusiya ordusu bu kəndi də tutdu