hemle

BNA-nın Bakı Şəhər İcra Hakimiyyətinə verilməsi nələri dəyişəcək?

Tarix:7-02-2022, 17:28
Baxış Sayı:452

Bakı Nəqliyyat Agentliyinin (BNA) taleyi barədə belə ciddi qərar qəbul ediləcəyi gözlənilən idi.

Bunu yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyib. Onun sözlərinə görə, bu gün verilən fərmanın davamıda olacaq:

"Çünki hazırda bu qurumun səlahiyyətlərində onun üçün xarakterik olmayan müəyyən məsələlər var. Bu qurum üçün ən uyğun olmayanı dayanma və durma qaydalarının pozulmasına nəzarət və buna görə cərimə tətbiqidir. Ehtiaml edirəm ki, yaxın vaxtlarda hər şeyə aydınlıq gələcək"

Ekspert bildirib ki, bu gün verilən fərman əslində Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində BNA-nın fəaliyyət istiqamətlərinin əsas konturlarını qismən də olsa göstərir:

"Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin təşkili sahəsində, ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma sahəsində və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində həyata keçirilən fəaliyyət. Qeyd edilənlərdən başqa, yeni formatda BNA paytaxtda müasir mobilliyi, şəhər mühitinin yenilənməsini, "hər şey avtomobillər üçün" prinsipindən "hər şey insan üçün" prinsipinə keçidi tədricən təmin etməlidir. Sözsüz ki, söhbət bu sahəslərdə həyata keçirilən fəaliyyətin ümumi təşkilindən və dövlət adından idarə edilməsindən gedəcək. Hər bir halda ümid edək ki, işlər yaxşılığa doğru gedəcək", - deyə Ə.Hüseynov vurğulayıb.

Qeyd edək ki, Prezident İlham Əliyev Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında Fərman imzalayıb. Fərmana əsasən, Bakı Nəqliyyat Agentliyi (BNA) publik hüquqi şəxs statusu ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyinə verilib. Eyni fərmanla “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” (NİİM) Məhdud Məsuliyyətli Cəmiyyəti Daxili İşlər Nazirliyinin tabeliyinə keçib.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir