hemle

Cavanşir Feyziyev bu vəzifəsindən istefa verdi

Tarix:7-02-2022, 13:15
Baxış Sayı:237

Milli Məclisin deputatı Cavanşir Feyziyev Azərbaycan Mətbuat Şurasının İdarə Heyəti üzvlüyündən istefa verib.

O, bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

"Son günlərdə Facebook səhifəmdə paylaşdığım statusla bağlı yaranan qalmaqala aydınlıq gətirmək üçün aşağıdakıları diqqətinizə çatdırmaq istəyirəm.

Bütün cəmiyyətlərdə media ölkənin hərtərəfli inkişafında mühüm amil və vasitə kimi hörmətə və sayğıya layiqdir. Bu hörmət və sayğı həm media nümayəndələri, həm də cəmiyyətin digər üzvləri tərəfindən qarşılıqlı şəkildə sərgiləndiyi təqdirdə daha davamlı və güclü olur. Münasibətlər elə qurulmalıdır ki, ziddiyyətlər yaranmasın, əmələ gələ biləcək kiçik anlaşılmazlıqlar isə qısa zamanda həll yolunu tapsın. Mən bir neçə gün öncə Facebook səhifəmdə yazdığım statusla hər hansı ziddiyyət yaratmaq məqsədi güdməmişəm, sadəcə barəmdə gedən mənfi yüklü materialların şəxsimə təsirini əyani şəkildə hiss etdirmək istəmişəm. Razıyam ki, emosional şəraitdə yazdığım statusun mətni kifayət qədər sərt olub və bu barədə də əlavə status yazaraq bunda özümü haqlı hesab etmədiyimi bildirmişəm. Vəziyyətin belə bir şəkil alması, həmçinin işimin çoxluğu mənim Azərbaycan Mətbuat Şurasının İdarə Heyəti üzvlüyümdən istefa verməyimi zəruri edir və mən sizdən istefamın qəbul olunmasını xahiş edirəm. Azərbaycan Mətbuat Şurasına ölkədə medianın inkişafı naminə fəaliyyətində böyük uğurlar arzulayıram".

Digər xəbərlər
16:54 Sürücülərin NƏZƏRİNƏ: bu küçə təmirə bağlanır
16:48 Mənzilimizi niyə sığorta etdirmək istəmirik? - Qanun var, amma...
16:45 Həftəsonu bəzi yerlərə yağış yağacaq
16:43 Ambulator müalicə alan xəstələrə şad xəbər: Pulsuz dərman təminatı nə vaxt başlayacaq?
16:34 Polkovnik: 972 mina xəritəsi Azərbaycana təhvil verilib, 8-i isə hazırlanır
14:16 Qonşu ölkə işıqsız qaldı
14:13 Bank kartınızdakı pulları belə qoruyun
14:11 Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ