hemle

"Müharibə veteranı" adı və Prezident təqaüdünün təyinatına başlanıldı

Tarix:1-02-2022, 12:12
Baxış Sayı:217

Vətən müharibəsi iştirakçılarına “Müharibə veteranı” adı və Prezident təqaüdünün təyinatına başlanıb.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Prezident İlham Əliyevin 29 dekabr 2021-ci il tarixli Sərəncamının icrası olaraq Vətən müharibəsinin iştirakçılarına “Müharibə veteranı” adı və Prezidentin aylıq təqaüdünün təyinatına başlanılıb.

İlkin olaraq Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidməti tərəfindən Nazirlər Kabineti ilə razılaşdırılmış siyahı əsasında bu qurumların 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək olan dövr ərzində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş hərbi qulluqçularına “Müharibə veteranı” adı verilib.

DSX üzrə iştirakçılar barədə məlumatlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Zəfər” altsisteminə daxil edilib.

Nazirlik tərəfindən isə altsistemə barələrində məlumat daxil edilmiş həmin hərbi qulluqçulara 2022-ci ilin 1 yanvarından Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü (80 manat) təyin edilib.

Təqaüdlərin təyinatı hərbi qulluqçuların müraciəti olmadan, heç bir sənəd təqdim edilmədən, e-sistem üzərindən proaktiv qaydada aparılır. Təyin edildiyi tarixdən asılı olmayaraq təyinat tarixi 2022-ci ilin 1 yanvarından rəsmiləşdirilərək ödənilir.

Hazırda digər qurumlar (Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və s.) üzrə də qeyd olunan adın verilməsi və təqaüd təyinatının aparılması üçün aidiyyəti işlər aparılır.

Vətən müharibəsinin bütün iştirakçılarına “Müharibə veteranı” adının verilməsi və Prezidentin aylıq təqaüdünün təyinatı prosesi yaxın günlərdə tam yekunlaşacaq.

Müharibə veteranı kimi Prezidentin aylıq təqaüdü təyin edildiyi andan şəxsin adında olan telefon nömrəsinə bu barədə, habelə təqaüd kartını hansı bankdan əldə edəcəyinə dair SMS göndəriləcək.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir