hemle

"Kəlbəcərdə çovğun təmizlənmiş yolları yenidən qarla örtür" - Anar Eyvazov

Tarix:29-01-2022, 21:19
Baxış Sayı:224

"Kəlbəcər və Laçında çovğun və külək nəticəsində bəzən təmizlənmiş yollar qısa müddətdə yenə də qarla örtülür".

Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazov deyib.

Müdafiə Nazirliyinin rəsmisi bildirib ki, azad olunmuş Kəlbəcər və Laçın rayonları çətin relyefli, əsasən, dağlıq və meşə sahələrindən ibarətdir:

"Bu rayonlarda qış ayları çox sərt keçir və havanın temperaturu gecələr 15-20 dərəcə arasında dəyişir, bəzən bu temperatur 30-a qədər düşür. Kəlbəcər və Laçın rayonlarında infrastrukturun və şəraitin olmamasına baxmayaraq, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı nəticəsində qısa müddət ərzində burada xidmət edən hərbi qulluqçuların sosial məişət şəraiti yaxşılaşdırılıb. Yeni inşa edilən və ya əsaslı təmir olunan yaşayış məntəqələri bu rayonlarda dislokasiya olunan hərbi hissəılərin istifadəsinə verilib: "Azərbaycan Ordusunun mühəndis qoşunları digər dövlət qurumları ilə qarşılıqlı əlaqədə yolların daima işlək vəziyyətdə saxlanılması və bölmələrin fasiləsiz təminatını həyata keçirmək üçün lazım olan bütün tədbirləri həyata keçirirlər. Bu tədbirlərə yolların qar örtüyünün təmizlənməsi işarəedici çubuqların basdırılması da daxildir", - A.Eyvazov qeyd edib.

Digər xəbərlər
10:42 İnsan bədənində "zombi hüceyrələri" tapıldı
10:40 Türkiyədə faciə: İki üzvü uşaq olmaqla bir ailə torpaq altında qaldı
10:37 Prezident: "Biz müstəmləkəçiliyin bütün formalarını və təzahürlərini qətiyyətlə rədd edirik"
10:34 Bakıda konfrans: Prezidentin müraciəti səsləndirildi
10:29 Görkəmli oftalmoloq alim Zərifə Əliyevanın doğum günüdür
10:26 Fransada müsəlmanlara çağırış edildi
10:20 Gənclər sürətlə siqaretdən imtina edir – ARAŞDIRMA
10:17 Bu gün hava necə olacaq? - PROQNOZ