hemle

Zakir Həsənov Kəlbəcər və Laçına getdi - Tapşırıqlar verdi (VİDEO)

Tarix:18-12-2021, 11:24
Baxış Sayı:210

Kəlbəcər və Laçın rayonlarında səfərdə olan Müdafiə Nazirliyinin rəhbərliyi yeni inşa olunmuş hərbi təyinatlı obyektlərin açılışında iştirak edib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, hərbi qulluqçuların yaşayış yeri ilə tanış olan general-polkovnik Zakir Həsənova məruzə olunub ki, hərbi hissələrdə şəxsi heyət üçün lazımi şərait yaradılıb. Binalar bütün zəruri ehtiyacları təmin etmək məqsədilə müasir avadanlıq, mebel və inventarlarla təchiz edilib. Burada silah otağı, yataqxana, yeməkxana, mətbəx, tibb məntəqəsi, ərzaq və əşya anbarları, hamam-sanitar qovşağı və fasiləsiz elektrik enerjisi ilə təmin edən generatorlar mövcuddur. Binalar istilik, işıq və su xətləri ilə təmin olunub.

Hərbi hissələrin avtomobil parkı ilə tanış olan Müdafiə nazirinə bildirilib ki, alınan yeni tırtıllı və xizəkli texnika vasitələri ilə qarla örtülmüş çətin relyefli ərazilərdə şəxsi heyətin, o cümlədən yüklərin fasiləsiz daşınması təmin edilir.

Döyüş hazırlığı planına uyğun olaraq keçirilən məşğələlərin gedişatını izləyən Müdafiə nazirinə məruzə edilib ki, silahlanmaya yeni qəbul olunmuş texnikanın gücü ilə bölmələrin fəaliyyətidaha operativ olub.

Səfər zamanı yeni tikilmiş yeməkxananın da açılışı olub. Müasir avadanlıqla təchiz edilmiş mətbəx, hərbi qulluqçuların isti yeməklə qidalanmasını təmin edən personal üçün ayrıca istirahət otağı, ərzaq anbarları və digər sahələrdən ibarət yeməkxanada sanitar-gigiyenik qaydalara tam riayət olunur.

Müdafiə naziri hərbi qulluqçuların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması məqsədilə müvafiq tapşırıqlar verib.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir