hemle

"Hərbi islahatlar davam etdiriləcək" - Zakir Həsənov

Tarix:28-01-2022, 14:15
Baxış Sayı:223

"Ötən illərdə olduğu kimi cari ildə də əsas diqqət Silahlı Qüvvələrin Ali Baş Komandanının Azərbaycan Ordusunun qarşısında qoyduğu bir sıra vacib tapşırıqların və bundan irəli gələn mühüm məsələlərin həllinə yönəldilib".

Bunu müdafiə naziri Zakir Həsənov Müdafiə Nazirliyinin Kollegiya iclasında deyib. Nazir bildirib ki, 2021-ci ildə Azərbaycan Ordusunun xidməti-döyüş fəaliyyətinin təhlili qarşıya qoyulan bütün tapşırıqların tam həcmdə yerinə yetirildiyini göstərib.

İclasda Quru Qoşunları, Əlahiddə Ümumqoşun Ordu, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və Xüsusi Təyinatlı Qüvvələrin inkişafı, təkmilləşdirilməsi məsələlərinə xüsusi diqqət yetirildiyi vurğulanıb.

General-polkovnik Z.Həsənov hərbi islahatların davam etdirilməsi və qoşunların döyüş qabiliyyətinin, o cümlədən əməliyyat imkanlarının daha da artırılmasının 2022-ci ildə də prioritet məsələ olacağını xüsusi qeyd edib.

Ötən il ərzində həyata keçirilən tədbirləri təhlil edən müdafiə naziri qoşun növlərinin fəaliyyətini qiymətləndirib, döyüş hazırlığı və mənəvi-psixoloji vəziyyət, müdafiə sistemi və onun hərtərəfli təminatı, o cümlədən dövlət sərhədində əməliyyat şəraitinin ciddi nəzarətdə saxlanılması məsələlərini diqqətə çatdırıb, qoşunların döyüş qabiliyyətinin daha da artırılması məqsədilə 2022-ci ildə icra olunacaq fəaliyyətlər və qarşıda duran vəzifələr ilə bağlı komandir-rəis heyəti qarşısında müvafiq tapşırıqlar qoyub.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir