hemle

"Hafka" məhkəmə zalında həbs edilib

Tarix:27-01-2022, 21:34
Baxış Sayı:280

Xəbər verdiyimiz kimi, Dövlət Vergi Xidməti tanınmış iş adamı Hafiz Məmmədovun axtarışa verildiyi və Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildiyi barədə məlumat yayıb.

Yayılan məlumatdan sonra iş adamı mediaya açıqlama verərək, saxlanılması ilə bağlı məlumatı təkzib edib və borcunu ödədiyini bildirib.

“Mənim 4 şirkətim var idi. Şirkətlərimdə çalışan əməkdaşlara görə, Dövlət Sosial Müdafiə Fonduna (DSMF) 652 min manat borcum yaranmışdı. Şirkətlərim müflis olduğundan bunu ödəyə bilmədim. Məhkəmə də bu günə kimi vaxt vermişdi. Bu gün də həmin borcu ödədim”, - o söyləyib.

hemlemedia.az"qafqazinfo"ya istinadla xəbər verir ki, günün ikinci yarısında Yasamal rayon məhkəməsində onun növbəti məhkəməsi keçirilib. İş adamı məhkəmə zalında həbs edilib və istintaqa təhvil verilib.

Sabah Bakı Apellyasiya Məhkəməsində onun ev durtsaqlığına buraxılması ilə bağlı proses olacaq.

Digər xəbərlər
09:50 Xarkovda 40 partlayış qeydə alındı - Yaralılar var
09:44 İctimai nəqliyyatda yüksək səslə videoya baxanlarla necə "mübarizə" aparaq?
09:38 Kosmetik vasitələrin dəhşətli fəsadları üzə çıxdı: Mütəxəssisdən XƏBƏRDARLIQ
09:34 Sakit okeanın səviyyəsi yüksəlir: Ada dövlətləri yox ola bilər - XƏBƏRDARLIQ
09:32 Azərbaycana keçdiyi bildirilən 2 ermənidən xəbər var
09:29 "Youtube"da nasazlıq yarandı
09:27 Bakı bulvarında sakinləri narahat edən kəskin qoxunun səbəbi bilindi
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?