hemle

Məhkəmə sabiq SƏFİRLƏ bağlı qərar verdi

Tarix:22-09-2020, 12:59
Baxış Sayı:418

ATES.AZ xəbər verir ki, Bu gün Bakı Apellyasiya Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində həbs edilən, Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq səfiri Eldar Həsənov barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi barədə qərardan apellyasiya şikayətinə baxılıb.

Sonxeber.az-ın məlumatına görə, hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə şikayət araşdırılıb. Məhkəmənin qərarı ilə Eldar Həsənovun ev dustaqlığı ilə əvəzlənməsi ilə bağlı şikayəti təmin olunmayıb.

Xatırladaq ki, Nəsimi rayon Məhkəməsində Eldar Həsənovun barəsində olan həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətə baxılsa da, məhkəmə vəsatəti təmin etməyib.

E.Həsənov Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) 308-1.1-ci (büdcə vəsaitlərinin təyinatı üzrə xərclənməməsi) maddələri ilə ittiham irəli sürülüb. Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində noyabrın 3-dək həbs qətimkan tədbiri seçilib./Trend

Digər xəbərlər
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?
10:23 Bu şəxslər yenidən həbs oluna bilər
10:21 Azərbaycanda Qurban bayramı qeyd olunur
10:17 Çinin yeni gizli döyüş təyyarəsi - Görün nələrlə təchiz edilib
10:15 Rusiya HƏRƏKƏTƏ KEÇDİ - Ukraynada kritik infrastrukturlar VURULUR
10:12 Paşinyanla keşişlərin amansız savaşı: Ermənistanda nə baş verir?
10:10 Bu günün hava proqnozu açıqlandı
10:07 Bakıda bayram namazı qılındı