hemle

Psixi zorakılıq törədənlərlə bağlı cəzalar sərtləşdirilir

Tarix:21-01-2022, 18:23
Baxış Sayı:404

Azərbaycanda məişət zəminində psixi zorakılıq törədənlərlə bağlı cəzalar sərtləşdirilir.

Bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 158.2-ci maddəsinə dəyişiklik təklif olunur.

Dəyişikliklə məişət zəminində psixi zorakılığa, yəni şəxs tərəfindən digər şəxsə qəsdən psixi təzyiq göstərilməsinə və ya dözülməz psixi şərait yaradılmasına yönəlmiş hərəkətlərə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə ediləcək və ya 60 saat ictimai işlər və ya xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla 3 ayadək inzibati həbs tətbiq ediləcək.

Məcəllənin hazırkı bəndi isə belədir: "Məişət zəminində psixi zorakılığa, yəni şəxs tərəfindən digər şəxsə qəsdən psixi təzyiq göstərilməsinə və ya dözülməz psixi şərait yaradılmasına yönəlmiş hərəkətlərə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir".

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir