hemle

DTX-nin rəhbərliyi Şəhidlər xiyabanını ziyarət edib

Tarix:20-01-2022, 11:04
Baxış Sayı:227

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev və DTX-nin rəhbər heyəti 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban verən qəhrəman Vətən övladlarının məzarlarını ziyarət ediblər.

hemlemedia.az DTX-nin saytına istinadla xəbər verir ki, şəhidlərin məzarı üzərinə tər qərənfillər düzülüb, şəhidlərimizin unudulmaz və müqəddəs xatirəsi dərin hüznlə yad olunub.

Sonra Xidmətin şəxsi heyəti adından “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

Şəhidlər xiyabanında dəfn edilən təhlükəsizlik orqanları əməkdaşlarının da əziz xatirəsi ehtiramla anılıb, məzarları üzərinə gül dəstələri düzülüb.

DTX-nin rəhbərliyi Şəhidlər xiyabanını ziyarət edib

Digər xəbərlər
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?
10:23 Bu şəxslər yenidən həbs oluna bilər
10:21 Azərbaycanda Qurban bayramı qeyd olunur
10:17 Çinin yeni gizli döyüş təyyarəsi - Görün nələrlə təchiz edilib
10:15 Rusiya HƏRƏKƏTƏ KEÇDİ - Ukraynada kritik infrastrukturlar VURULUR
10:12 Paşinyanla keşişlərin amansız savaşı: Ermənistanda nə baş verir?
10:10 Bu günün hava proqnozu açıqlandı
10:07 Bakıda bayram namazı qılındı