hemle

Bu şəxslər 4 min manat cərimə ediləcək - DYP-dən XƏBƏRDARLIQ

Tarix:11-01-2022, 10:27
Baxış Sayı:224

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi (DYP) İdarəsi avtomobil yollarını qeyri-qanuni şəkildə zəbt edən şəxslərə xəbərdarlıq edib.

İdarənin baş inspektoru Araz Əsgərli "Unikal"a bildirib ki, paytaxtın bir sıra yollarında, həmçinin parkinq üçün ayrılan yerlər bəzən qeyri-qanuni şəkildə zəbt edilir.

Onun sözlərinə görə, avtomobil yollarının hərəkət hissəsində sədlərin quraşdırılması qadağandır: "Bu, şəhər nəqliyyatında hərəkət iştirakçılarının və sürücülərin haqlı narazılığına səbəb olur. Küçələrdə piyada və sürücülərin hərəkətinin məhdudlaşdırmağa yönələn addımlar, yəni şlaqbaunların qurulması, süni maneələrin yaradılması və ya sədlərin qurulması yolverilməzdir.

Məlumat üçün bildirim ki, avtomobil yollarının hərəkət hissəsində sədlərin, şlaqbaunların qurulması və ya nəqliyyat vasitələrinin hərəkətinin başqa üsullarla kəsilməsinə, eləcə də avtomobillərin və piyadaların hərəkətinə süni maneələrin yaradılması inzibati məsuliyyət yaradır. Belə olan halda fiziki şəxslər 80 manatdan 100 manata qədər, vəzifəli şəxslər 400 manatdan 500 manata qədər, hüquqi şəxslər isə 3 000 manatdan 4 000 manata qədər cərimə oluna bilərlər".

"Paytaxtın küçə və prospektlərində hərəkətin sıxlığını nəzərə almaqla, belə məsuliyyətsiz davranışlara şəxsi marağı üçün yol vermək olmaz. Kiminsə yolunu kəsmək, onların hərkətinə maneə yaratmaq qanunla qadağandır və inzibati məsuliyyət yaradır. Yol kəsməklə kiminsə həyatını çətinləşdirmək əvəzinə yolların keçiriciliyini artırıb ictimai məsuliyyətliliyi təbliğ eləmək cəmiyyət olaraq bizə üstünlük gətirər! Bir daha hər kəsdən məsuliyyətli olmağı tələb edirik", - DYP rəsmisi bildirib.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir