hemle

“Euronews” Azərbaycanın xalq mahnıları və rəqsləri barədə süjet hazırladı

Tarix:11-01-2022, 09:09
Baxış Sayı:239

Dünyanın məşhur televiziyalarından olan “Euronews” Azərbaycanın folklor mahnıları, xalq rəqslərindən süjet hazırlayıb.

Süjetdə xalq rəqslərinin Azərbaycan mədəniyyətində xüsusi yer tutması vurğulanır.

Qeyd edilir ki, Azərbaycanın folklor mahnıları və xoreoqrafiyası ilə birləşərək milli rəqsləri təşkil edir.

Azərbaycan xalq rəqsinin mənşəyi yüz illərlə yaşı olan tarixə və irsə gedib çıxır. Zərifliyi və atletik hərəkətləri böyük harmoniya ilə birləşdirən rəqslər üslubca dərin fərqlərə malikdir.

Telekanal vurğulayıb ki, 1938-ci ildə yaradılan Azərbaycan Dövlət Rəqs Ansamblı hər il dünyanı gəzir.

Milli paltar, saç düzümü və bəzəklə bağlı heç bir detal unudulmur. Rəqs rejissorunun vəzifəsi təkcə hərəkətləri deyil, həm də geyimləri nümayiş etdirən maraqlı proqram hazırlamaqdır.

Digər xəbərlər
22:36 Çağırış yaşının azaldılması bu şəxslərə aid deyil
22:29 Alimlər ŞOKDA: Yadplanetlilər gəlir? - Vanqanın dedikləri həqiqət olur
22:18 Səhiyyə Nazirliyi məlumat yaydı: son bir ayda 82 plastik cərrah...
22:16 Azərbaycanda yeni radiolar fəaliyyətə başlayacaq
21:56 İnformasiya məkanımıza qonşu ölkədən müdaxilə olunub - Rəsmi
21:46 Azərbaycanda çörək bahalaşdı: sabahdan etibarən bu qiymətə satılacaq
16:14 Daha bir "Əhməd" peyda oldu: 17 yaşlı oğlan ailəsinin 4 üzvünü güllələdi
16:05 Bakıda iş saatları dəyişəcək: bundan sonra... - DETALLAR