hemle

Azərbaycanda yeni radiolar fəaliyyətə başlayacaq

Tarix:31-01-2025, 22:16
Baxış Sayı:455

31 yanvar 2025-ci il tarixində Azərbaycan Respublikası Audiovizual Şurasının iclası keçirilib.

Şuradan verilən məlumata görə, iclasda bir sıra məsələlərə baxılıb.

İlk olaraq ümumölkə yerüstü radio yayımçısı lisenziyasının verilməsi üçün elan edilmiş 2 müsabiqəyə yekun vurulub. Müsabiqəyə buraxılmış iddiaçıların sənədlərinin, texniki yayım imkanlarının, kadr və maliyyə-iqtisadi potensialının yoxlanılmasını həyata keçirmiş Müsabiqə Komissiyasının məruzəsi və rəyi dinlənilib. Daha sonra Audiovizual Şuranın üzvləri iddiaçılar haqqında fikirlərini bildiriblər.

Müsabiqələrə buraxılmış 5 iddiaçı arasında daha üstün texniki, kadr və iqtisadi potensiala malik olan 2 iddiaçı - "Pro Media Group" MMC (radio kanalın adı: "Planet FM") və "Broadcast Media" MMC (radio kanalın adı: "Dalğa FM") qalib elan olunub və müsabiqələr üzrə yekun qərarlar verilib. Qərarlara əsasən ilkin mərhələdə "Bakı Teleqüllə Kompleksi"ndən 88.7 MHs radiotezliyi "Pro Media Group" MMC-nin, 92.5 MHs radiotezliyi isə "Broadcast Media" MMC-nin istifadəsinə ayrılıb.

Daha sonra audiovizual media fəaliyyəti üçün lisenziya verilməsi ilə əlaqədar Audiovizual Şuraya edilmiş son müraciətlər müzakirə olunub. Qəbul olunmuş müvafiq qərarlara əsasən "İdeal TVNet" MMC-yə (operator xidmət adı: "İdealnet") sadə platforma operatoru, "Azeuronet" MMC-yə (operator xidmət adı: "Azeuronet") universal platforma operatoru, "TV1 Media" MMC-yə peyk yayımı həyata keçirməyən platforma yayımçısı (televiziya redaksiyasının adı: "TV1") lisenziyaları verilib.

İclasın sonunda lisenziya sahiblərinin müraciətləri əsasında "Beeonline" ASC-yə, "Global Technology" MMC-yə və "Qafqaznet" MMC-yə verilmiş universal platforma operatoru lisenziyalarının ləğv edilməsi ilə bağlı müvafiq qərarlar qəbul olunub.

Digər xəbərlər
21:38 Ərdoğan növbəti dəfə prezidentliyə namizəd olacaq? - AKP-dən AÇIQLAMA
21:36 Rusiyada ticarət mərkəzində atışma: YARALILAR VAR
21:32 Ramazanın 3-cü günü: dua, imsak və iftar vaxtı
18:11 Bakıda xəstə daşıyan ambulans qəzaya düşdü: yaralılar var
18:09 Ov tüfəngi ilə vətəndaşa xəsarət yetirən şəxs saxlanıldı
18:05 İsrail HHQ Qəzzada şübhəli şəxslərə zərbə endirdi
12:50 Elektrik enerjisinə necə qənaət etmək olar? - Ekspertdən TÖVSİYƏLƏR
12:47 İmmunitetin möhkəmləndirilməsi üçün əsas qida məhsulları açıqlandı