hemle

Prezident bu qanuna dəyişikliyi təsdiqlədi

Tarix:8-01-2022, 14:24
Baxış Sayı:236

“Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik təsdiq edilib.

Bununla bağlı Prezident İlham Əliyev qanunu imzalayıb.

Sənədə əsasən, əks-kəşfiyyat fəaliyyətinin subyekti olan müvafiq icra hakimiyyəti orqanı tərəfindən istintaqı aparılan cinayət işləri üzrə dövlətə vurulmuş ziyanın ödənilməsi üçün ibtidai araşdırma dövründə dövlət büdcəsinə ödənilməsi təmin edilmiş vəsaitin 5 faizi və Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə müəyyən edilmiş qaydada şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün dövlət büdcəsinə edilmiş ödənişdən daxil olan vəsaitin 5 faizi müvafiq icra hakimiyyəti orqanının əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə müvafiq icra hakimiyyəti orqanının xəzinə hesabına köçürülür. Bu vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

Bu Qanun 2021-ci il sentyabrın 1-dən tətbiq edilir.

Digər xəbərlər
09:35 Nüvə partlayışı zamanı harada gizlənək? - Alimlər müəyyən yerləri sadaladılar
09:27 "YouTube"dan bəzi istifadəçilərə qarşı sərt sanksiyalar
09:23 Bu gün 33 dərəcə isti olacaq
09:18 Türkiyədən hərbi sahədə NÖVBƏTİ UĞUR - İlk yerli atom sualtı qayığı...
09:15 Bu cihaz sayəsində ölümcül xəstəliklərdən qurtulmaq olacaq - TİBBDƏ İNQİLAB
19:47 Sabahın havası ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
19:43 Milli Məclis önündə insident: İdmançı "Lexus"la qadın sürücünün qarşısını kəsdi
19:33 Pensiyalar ilə bağlı vacib MƏLUMAT