hemle

"Xalqın yanında olacağam" - Qazaxıstan prezidenti (YENİLƏNİB)

Tarix:5-01-2022, 17:44
Baxış Sayı:227

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkəsindəki kütləvi etirazlarla bağlı vətəndaşlara ikinci müraciətlə çıxış edib.

Tokayev bu gündən Qazaxıstan Təhlükəsizlik Şurasına rəhbərlik edəcəyini bildirib. Qeyd edək ki, şuraya indiyə kimi Nazarbayev rəhbərlik edib.

O, həmçinin xalqın yanında olacağını da qeyd edib: "Paytaxtda olacam, xalqın yanında olacağam".

Prezident etirazlar fonunda yeni təkliflər paketi ilə çıxış edəcəyinə söz verib.

Tokayev bu gündən etibarən hakimiyyətin ölkə küçələrində keçirilən etiraz aksiyaları zamanı qanunu pozanlara qarşı mümkün qədər sərt davranacağını da əlavə edib: "Biz bundan sonra qanun pozuntusuna yol verənlərə münasibətdə mümkün qədər sərt davranmaq niyyətindəyik".

Prezident bildirib ki, etirazlar zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları arasında ölənlər var.

***16:58

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkəsindəki kütləvi etirazlarla bağlı yaxın vaxtlarda vətəndaşlara ikinci müraciətlə çıxış edəcək.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

Digər xəbərlər
15:30 Dövlət işində çalışanlara BƏD XƏBƏR
15:27 Uşaqlar üçün yaşayış minimumu artırıldı
15:25 Azərbaycanda alimentin minimum məbləği artırılır
15:24 Bu halda vətəndaşın işsiz statusu ləğv edilir
14:26 QAZ XƏTLƏRİNƏ HAVA NİYƏ VURULUR?- AÇIQLAMA
10:44 Ömrü uzatmağın sadə yolu tapıldı
10:43 Bu gün Bakıda daha bir bəyannamə qəbul ediləcək
10:40 COP29 tədbirinin vaxtı uzadıldı