hemle

“Dövlət icbari şəxsi sığorta” altsistemi yaradılacaq

Tarix:31-12-2021, 11:13
Baxış Sayı:300

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində 2022-ci il iyulun 1-dək “Dövlət icbari şəxsi sığorta” altsistemi yaradılacaq.

Nazirlikdən verilən məlumata görə, altsistem dövlət icbari şəxsi sığorta sahəsində idarəçilik və xidmətlərin elektron infatsrukturunun formalaşmasında önəmli rol oynayacaq.

Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Xarici İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, İqtisadiyyat Nazirliyi, Dövlət Sərhəd Xidməti, Prezidentin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Dövlət Miqrasiya Xidməti, Dövlət Gömrük Komitəsinin altsistemə çıxışı təmin olunacaq. Həmin qurumlar tərəfindən dövlət icbari şəxsi sığorta ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməli olan məlumatlar bu altsistemə daxil ediləcək.

Nazirlik altsistemə daxil ediləcək məlumatların, o cümlədən dövlət sirrinin və qanunla qorunan digər məlumatların mühafizəsinin təmin olunması üçün tədbirlər görəcək.

“Dövlət icbari şəxsi sığorta” altsistemi yaradılması ilə əlaqədar qanunvercilik aktlarında da müvafiq dəyişikliklər ediləcək.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir