hemle

Keçmiş MTN polkovniki həbs edilib

Tarix:29-12-2021, 10:21
Baxış Sayı:198

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin polkovniki və Lənkəran Dövlət Universitetinin prorektoru olmuş Bahadır Qocayev külli miqdarda dələduzluqda ittiham olunur.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsilə təqsirli bilinən sabiq prorektor həbs edilib. Keçmiş MTN vəzifəli şəxsi 70 min manatdan çox pulu mənimsəməkdə ittiham edilir.

B.Qocayev barəsində istintaq tərəfindən toplanan sübutlar Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd edək ki, Bahadır Qocayev vaxtilə MTN-nin Qusar və Kürdəmir rayon şöbələrinin rəisi olub. Keçmiş nazir Eldar Mahmudov işdən çıxarıldıqdan və "MTN işi" ilə bağlı araşdırmalar başladıqdan sonra təhlükəsizlik strukturundan çıxarılıb. 2016-cı ildə LDU-nun Ümumi işlər üzrə prorektoru təyin edilib və bir müddət sonra bu vəzifəsindən də azad edilib.

Bundan başqa, vəzifədə olduğu vaxt vətəndaş Fazil Alıyevin 60 min manata aldığı evini hədə-qorxu ilə əlindən almaqda da adı hallanıb.

Digər xəbərlər
19:47 Sabahın havası ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
19:43 Milli Məclis önündə insident: İdmançı "Lexus"la qadın sürücünün qarşısını kəsdi
19:33 Pensiyalar ilə bağlı vacib MƏLUMAT
16:38 Evdə "Wi-Fi" istifadə edənlərin NƏZƏRİNƏ
16:33 KİV: Rusiya yaxın zamanlarda Kiyevdəki hökumət binalarını vura bilər
16:29 Rusiyanın uyğunsuzluq aşkarladığı sosiskalar Azərbaycana idxal olunub? - Rəsmi açıqlama
12:52 Naxçıvan Konstitusiyası dəyişir - Sənəd MM-ə təqdim olunacaq
12:49 Xərçəngi 10 günə öldürən vitamin açıqlandı