hemle

Yeni poçt markası dövriyyəyə buraxıldı - Foto

Tarix:23-12-2021, 10:54
Baxış Sayı:206

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC tərəfindən yeni poçt markası dövriyyəyə buraxılıb.

Marka Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 100 illik yubileyinə həsr olunub.

Buraxılış 2 markadan ibarət blok şəklində hazırlanıb. Poçt markası 3 min tirajla Belarusun Bobruysk şəhərində çap edilib.

Markanın müəllifi rəssam Orxan Qarayevdir.

Poçt markası ilə yanaşı, 200 ədəd Birinci gün zərfi də hazırlanıb.

Xatırladaq ki, “Azərpoçt” MMC mütəmadi olaraq mühüm əhəmiyyət kəsb edən əlamətdar tarixlərlə bağlı poçt markaları dövriyyəyə buraxır.
Yeni poçt markası dövriyyəyə buraxıldı - Foto

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir