hemle

Məişət zorakılığına məruz qalan kişilərin sayı açıqlandı - RƏSMİ

Tarix:22-12-2021, 18:31
Baxış Sayı:192

Bu il məişət zorakılığına məruz qalma faktı ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə daxil olan müraciətlərin sayı açıqlanıb.

hemlemedia.az xəbər verir ki, Dövlət Komitəsindən "Report"a bildirilib ki, məişət zorakılığına məruz qalma ilə bağlı müraciət edənlər arasında qadınlar üstünlük təşkil edir.

Amma bununla yanaşı, həm məişət zorakılığı faktı ilə bağlı, həm də sırf özünün məişət zorakılığına məruz qaldığı üçün müraciət edən kişilər də var.

Qeyd olunub ki, 2021-ci ilin 10 dekabr tarixinə məişət zorakılığı ilə bağlı rəsmi ərizə əsasında komitəyə 340 müraciət daxil olub:

"860 Gender - əsaslı zorakılıqla bağlı Qaynar Xəttə məişət zorakılığı ilə bağlı carı ilin yanvar ayından dekabr ayına qədər 405 müraciət daxil olub. Bunlardan məişət zorakılığına məruz qalmış 42 kişi müraciət edib. Bu rəqəm sırf məişət zorakılığına məruz qalan kişilərə aiddir".

Həmçinin bildirilib ki, Dövlət Komitəsi nəzdində fəaliyyət göstərən 11 Uşaq və Ailələrə Dəstək Mərkəzinə il ərzində 27 məişət zorakılığı, 92 ailə münaqişəsi və 22 qadına qarşı zorakılıq faktı ilə bağlı müraciət daxil olub.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir