hemle

Azərbaycanlı Türkiyədə qətl törətdi - İnstaqram söhbətinə görə

Tarix:21-12-2021, 10:02
Baxış Sayı:250

Türkiyənin İstanbul şəhərində azərbaycanlı Nəbi B. adlı şəxs mübahisə zəminində qətl törədib.
hemlemedia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə dekabrın 16-da qeydə alınıb.

Belə ki, Yasin Semih Demirok adlı şəxs sevgilisinin instaqram hesabında Nəbinin adının axtarış bölməsində olduğunu görüb. Sevgilisini qısqanan Yasin, bundan sonra Nəbi ilə özü yazışmaya başlayıb. Nəticədə tərəflər parkda görüşüblər. Bu zaman Yasin iki dostu ilə gəlib.

Mübahisə anında Türkiyə vətəndaşı dostlarından aralaşmasını istəyib. Mübahisənin davamında isə Nəbi silahla Yasini sinəsindən vurub. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Nəbi isə hadisə yerindən qaçıb.

Məlumata görə, Azərbaycan vətəndaşı Türkiyədə qadın bərbəri kimi fəaliyyət göstərirmiş. Polis hadisə yerindən qaçan Nəbini axtarır.

Digər xəbərlər
19:47 Sabahın havası ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
19:43 Milli Məclis önündə insident: İdmançı "Lexus"la qadın sürücünün qarşısını kəsdi
19:33 Pensiyalar ilə bağlı vacib MƏLUMAT
16:38 Evdə "Wi-Fi" istifadə edənlərin NƏZƏRİNƏ
16:33 KİV: Rusiya yaxın zamanlarda Kiyevdəki hökumət binalarını vura bilər
16:29 Rusiyanın uyğunsuzluq aşkarladığı sosiskalar Azərbaycana idxal olunub? - Rəsmi açıqlama
12:52 Naxçıvan Konstitusiyası dəyişir - Sənəd MM-ə təqdim olunacaq
12:49 Xərçəngi 10 günə öldürən vitamin açıqlandı