hemle

Deputat təhsil şöbələrinin ləğv olunmasından DANIŞDI

Tarix:20-12-2021, 17:58
Baxış Sayı:389

Azərbaycan Prezidentinin sərəncamı ilə bu gün təhsil şöbələri ləğv olunaraq regional idarələr yaradıldı. Təhsildə idarəetmənin regionallaşması, bu sahədə nəzarətə kənar müdaxilələrin minimumlaşdırılması, şəffaflığın artırılması və idarəetmənin səmərəliliyinin daha da yüksəldilməsi baxımdan vacib idi.

Bunu deputat Vüqar Bayramov deyib. Deputat bildirib ki, sözügedən sərəncamda yaradılan bu bregional formatda idarələr digər sektorlarda, o cümlədən yerli idarəetmə sisteminin təkmilləşdirilməsi baxımdan da məqsədəuyğun olar.

"Bir müddət öncə, Azərbaycan Prezidentinin sərəncamı ilə Qarabağ iqtisadi rayonu üzrə xüsusi nümayəndə təyin olunmuşdu. Bu yerli idarəetmənin iqtisadi rayonlar üzrə transferi baxımdan yeni yanaşma kimi də qiymətləndirilir. Bu kontekstdən, təhsil sektorunda idarəetmənin təkmilləşdirilməsi institutsional islahat kimi xarakterizə olunmalıdır", - deyə MM üzvü əlavə edib.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir