hemle

"Azərbaycan bölgədə sülh quruculuğuna hədəflənib" - Ceyhun Bayramov

Tarix:17-12-2021, 21:51
Baxış Sayı:231

Münaqişədən sonra Azərbaycan bölgədə sülh quruculuğu, sabitlik və dayanıqlı inkişafa hədəflənib.

hemlemedia.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Gülüstan Sarayında Xarici İşlər Nazirliyi tərəfindən ilin yekunlarına həsr edilmiş qəbulda deyib.

Nazir, azad edilmiş ərazilərdə həyata keçirilən geniş miqyaslı quruculuq işlərindən danışaraq, dost və tərəfdaş ölkələrin bərpa və quruculuq prosesində ölkəmizə dəstək olmasını minnətdarlıqla qeyd edib.

Azərbaycanın bütün ölkələrlə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini daha da inkişaf etdirmək və beynəlxalq platformalarda fəal iştirak etmək siyasətinin qarşıdan gələn ildə də uğurla həyata keçiriləcəyini söyləyən nazir Ceyhun Bayramov diplomatik korpusa səmərəli diplomatik fəaliyyətlərinə görə təşəkkür edib və onları Yeni 2022-ci il münasibətilə təbrik edib.

Digər xəbərlər
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?
10:23 Bu şəxslər yenidən həbs oluna bilər
10:21 Azərbaycanda Qurban bayramı qeyd olunur
10:17 Çinin yeni gizli döyüş təyyarəsi - Görün nələrlə təchiz edilib
10:15 Rusiya HƏRƏKƏTƏ KEÇDİ - Ukraynada kritik infrastrukturlar VURULUR
10:12 Paşinyanla keşişlərin amansız savaşı: Ermənistanda nə baş verir?
10:10 Bu günün hava proqnozu açıqlandı
10:07 Bakıda bayram namazı qılındı