hemle

Ceyhun Bayramov Belqradda görüş keçirdi

Tarix:12-10-2021, 18:57
Baxış Sayı:250

Bu gün Belqradda keçirilən Qoşulmama Hərəkatının 60 illik yubileyi ilə bağlı yüksək səviyyəli görüş çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov Kamerun Respublikasının xarici işlər naziri Löjön Mbella Mbella ilə görüşüb.

XİN-dən verilən məlumata görə, nazir Ceyhun Bayramovu Qoşulmama Hərəkatının 60 illik yubileyinə həsr olunmuş tədbirin uğurla keçirilməsi münasibətilə təbrik edən Kamerun xarici işlər naziri, Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi beynəlxalq əhəmiyyətli təşəbbüslərini və uğurlu fəaliyyətini məmnunluqla qeyd edib.

Görüşdə nazirlər ikitərəfli əlaqələr ətrafında fikir mübadiləsi aparıblar, bu xüsusda siyasi məsləhətləşmələrin intensivləşməsinin vacibliyini qeyd ediblər.

Azərbaycan və Kamerun arasında iqtisadi əməkdaşlıq əlaqələrinin inkişaf potensialı qeyd edilib.

Görüşdə tərəflər, eyni zamanda qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.


Ceyhun Bayramov Belqradda görüş keçirdi

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir