hemle

Ceyhun Bayramov Vladanka Andeyevanı qəbul etdi

Tarix:2-08-2021, 18:29
Baxış Sayı:249

Xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisi Vladanka Andeyevanı qəbul edib.

hemlemedia.az-ın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Vladanka Andreyeva təyinatı ilə bağlı məktubun surətini nazir Ceyhun Bayramova təqdim edib.

Nazir Ceyhun Bayramov təyinatı münasibətilə yeni rezident əlaqələndiricini təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. Nazir, V.Andreyevanın zəngin təcrübəsinin Azərbaycanla BMT və təşkilatın qurumları arasında əməkdaşlığının daha da möhkəmləndirilməsinə töhfə verəcəyini ifadə edib.

Vladanka Andreyeva ölkənin BMT ilə 30 ilə yaxındır ki, mövcud olan yüksək səviyyəli əməkdaşlığının bundan sonra da davam edəcəyindən əminlik bildirib.

Görüşdə tərəflər, həmçinin azad olunmuş ərazilərdə həyata keçirilən yenidən qurma və bərpa işləri, minaların təmizlənməsi prosesi, habelə Dayanıqlı İnkişaf Məqsədləri-2030 gündəliyinin icrası ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Digər xəbərlər
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?
10:23 Bu şəxslər yenidən həbs oluna bilər
10:21 Azərbaycanda Qurban bayramı qeyd olunur
10:17 Çinin yeni gizli döyüş təyyarəsi - Görün nələrlə təchiz edilib
10:15 Rusiya HƏRƏKƏTƏ KEÇDİ - Ukraynada kritik infrastrukturlar VURULUR
10:12 Paşinyanla keşişlərin amansız savaşı: Ermənistanda nə baş verir?
10:10 Bu günün hava proqnozu açıqlandı
10:07 Bakıda bayram namazı qılındı