hemle

Ceyhun Bayramov İtaliya səfirini qəbul etdi - FOTO

Tarix:3-04-2021, 13:44
Baxış Sayı:317

Aprelin 3-də xarici işlər naziri Ceyhun Bayramov İtaliya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Auqusto Massarini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Bu barədə XİN-dən məlumat verilib.

Nazir Ceyhun Bayramov Azərbaycan və İtaliya arasında mövcud olan yüksək səviyyəli əməkdaşlıq münasibətlərini qeyd edərək, iki ölkə rəhbərləri səviyyəsində imzalanmış strateji tərəfdaşlıq haqqında birgə bəyannamələrin bunun bariz nümunəsi olduğunu vurğulayıb.

Səfir Auqusto Massari Azərbaycandakı diplomatik fəaliyyəti dövründə ona göstərilən diqqəti və həyata keçirilən əməkdaşlığı məmnunluqla qeyd edib. İki ölkənin nümayiş etdirdiyi həmrəyliyin Azərbaycan və İtaliya arasında münasibətlərin yüksək səviyyədə inkişafına tam uyğun olduğunu ifadə edib.

Tərəflər ölkələrimiz arasında bütün istiqamətlər üzrə əməkdaşlıq münasibətlərinin genişləndirilməsi perspektivlərini vurğuladılar və bu xüsusda, qarşılıqlı səfərlərin həyata keçirilməsinin əhəmiyyətini qeyd ediblər.

Nazir Ceyhun Bayramov səfirin ölkəmizdə diplomatik fəaliyyətini yüksək dəyərləndirərək, iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsinə verdiyi töhfəyə görə ona təşəkkürünü bildirib və gələcək fəaliyyətində ona uğurlar arzu edib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Digər xəbərlər
14:10 Ötən gün vətəndaşların bank kartlarından 32 min manatdan çox pul kiberüsullarla oğurlanıb
13:37 Zəngəzur, Dərələyəz və... - Yeni ərazilərin qaytarılmasına hazırlıq gedir
13:17 Bir tərəfdə leysan, bir tərəfdən də onlar yerə çatdı: Bu tarixə qədər davam edəcək
12:36 Qar, yağış, şaxta... - FAKTİKİ HAVA
11:45 SOCAR-ın "Azəriqaz" İB rəhbərliyinin növbəti vətəndaş qəbulu keçiriləcək
10:24 SOCAR-ın "Azəriqaz" İB rəhbərliyinin növbəti vətəndaş qəbulu keçiriləcək
09:44 Dəmir yolunda qatarlar buna görə gecikir - Səbəbi AÇIQLANDI
09:40 Bu yollarda hərəkətə məhdudiyyət qoyuldu