hemle

Ceyhun Bayramov Rumıniyanın Azərbaycandakı səfirini qəbul edib - FOTO

Tarix:13-04-2021, 19:24
Baxış Sayı:278

Nazir Ceyhun Bayramov Rumıniyanın Azərbaycan Respublikasındakı səfiri Dan Yancunun diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə Azərbaycan və Rumıniya arasında strateji tərəfdaşlığa əsaslanan ikitərəfli siyasi əlaqələrin yüksək inkişaf səviyyəsindən razılıq ifadə olunub. Tərəflər iqtisadiyyatın müxtəlif sahələri üzrə, o cümlədən enerji və nəqliyyat sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün əlverişli imkanların olduğunu qeyd edib. Pandemiya ilə bağlı məhdudiyyətlər aradan qalxdıqdan sonra hərtərəfli əməkdaşlığın uğurla davam etdiriləcəyindən əminlik ifadə olunub.

Nazir Ceyhun Bayramov Azərbaycan ilə strateji tərəfdaşlıq sazişi imzalayan ilk Avropa ölkəsi kimi Rumıniya ilə əlaqələrin inkişafının ölkəmiz üçün prioritet təşkil edən məsələlərdən biri olduğunu vurğulayıb.

Səfir Dan Yancu diplomatik fəaliyyətinin uğurla həyata keçirilməsi üçün ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib. Azərbaycanda fəaliyyət göstərdiyi müddətdə ölkəmizdə baş verən bir sıra tarixi hadisələri xatırlayan səfir, hazırda Azərbaycan üçün yeni tarixi dönəmin başlandığını və bu xüsusda bütün bölgə üçün yeni imkanların açıldığını qeyd edib.

Nazir həyata keçirdiyi uğurlu fəaliyyətə görə səfirə minnətdarlığını ifadə edib və ona gələcək diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Digər xəbərlər
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?
10:23 Bu şəxslər yenidən həbs oluna bilər
10:21 Azərbaycanda Qurban bayramı qeyd olunur
10:17 Çinin yeni gizli döyüş təyyarəsi - Görün nələrlə təchiz edilib
10:15 Rusiya HƏRƏKƏTƏ KEÇDİ - Ukraynada kritik infrastrukturlar VURULUR
10:12 Paşinyanla keşişlərin amansız savaşı: Ermənistanda nə baş verir?
10:10 Bu günün hava proqnozu açıqlandı
10:07 Bakıda bayram namazı qılındı